Regulation.gov.ru dövlət saytındakı sənəd layihəsinə əsasən, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi kiçik biznesə qoyulan vergilərin 4,9% artırılmasını təklif edib.
Banco.az xəbər verir ki, sənəddə 2020-ci il üçün deflyator əmsalları əks olunub. Məmurlar bundan kiçik müəssisələrə qoyulan vergiləri indeksləşdirmək üçün istifadə edir.
RBC.ru hesab edir ki, yayımlanan rəqəmlərə əsaslansaq, sənəd qəbul edildiyi təqdirdə hesablanmış gəlir, ticarət haqqı və vergi əvəzedici patentə tətbiq olunan vahid vergi 4.9% arta bilər. Vergilərin 7.5% artırıldığı 2015-ci ildən bəri artım məbləği maksimum olacaq və gözlənilən orta illik inflyasiyanı 4.7% üstələyəcək.
Bir il qabaq kiçik sahibkarlığa qoyulan vergilər 2,5% artmışdı. İndi isə bir milyon rubl vergi bazasına sahib olan biznesmen 150 min rubl əvəzinə 157,3 min rubl ödəməli olacaq. Patent vergisi 60 min rubldan 62 minə, maksimum ticarət haqqı isə 81 min rubldan 85 minə qədər artacaq.
Həmçinin oxu: Rusiya öz “Vikipediya”sını yaradır
"Opora Rossii" şirkətinin vitse-prezidenti Vyaçeslav Koroçkinin sözlərinə görə, vergilərin artması, çox güman ki, ticarət sferasında daha çox hiss ediləcək. O deyir:
“İki ildə 200 mindən çox kiçik ticarət müəssisəsi bağlanıb, vergi yükünün yenidən artırılması heç də yaxşı olmayacaq. Kiçik ticarət obyektləri hazırda az qalıb, yəqin düşünürlər ki, böyük şəbəkələr kifayət edir”.
The Bell yazır ki, Rusiyanın Maliyyə Nazirliyi prezident Putinin yaxın 6 ildə vergiləri qaldırmamaq vədini formal şəkildə yerinə yetirir. Faktik olaraq, sahibkarlığı vergi yükünün ağırlaşması, regional lqotların planlı şəkildə azaldılması və qeyri-vergi ödənişlərinin Vergi Məcəlləsinə daxil edilməsi gözləyir.
Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər
Nigar Umaxanlı, Banco.az