Hər 100 ailədən 47-sinin avtomobili yoxdur – Avtomobillərin Sayı Açıqlandı | Banco.az

Hər 100 ailədən 47-sinin avtomobili yoxdur – Avtomobillərin Sayı Açıqlandı

Azərbaycandakı avtomobillərin sayı açıqlanıb.

2018-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 28 min 250 ədəd artıb.

31 Dekabr 2018-ci il tarixində Azərbaycanda 1 milyon 370 min 574 ədəd nəqliyyat vasitəsi qeydiyyatda olub.

2017-ci ildə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 11 min 773 ədəd artmış və həmin ilin sonunda 1 milyon 342 min 324 ədədə çatmışdı.

Ötən ilin sonunda qeydiyyatda olmuş nəqliyyat vasitlərinin 85%-ni və ya 1 milyon 170 min 672 ədədini minik avtomobilləri təşkil edib.

Azərbaycanda hər 1000 nəfərə 140 avtomobil, hər 1000 nəfərə 119 minik avtomobili, hər 100 ailəyə isə 53 minik avtomobili düşüb.

marja