“Azərlotereya”nın avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR | Banco.az

“Azərlotereya”nın avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR

3 dekabr tarixində “Azərlotereya” ASC-nin balansında olan iki nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Banco.az  xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələrindən biri 2014-cü il istehsalı olan “Renault Dokker” markalı yük avtomobilidir.

Dövlət qeydiyyat nişanı 10 JV 207 olan avtomobilin ilkin satış qiyməti 9 400 manat, hərracda iştirak üçün tələb olunan 10%-lik beh isə 940 manat müəyyən edilib.

Hərraca çıxarılan digər nəqliyyat vasitəsi 2014-cü il istehsalı olan “Nissan Sunny” markalı minik avtomobilidir. Dövlət qeydiyyat nişanı 10 AN 576 olan avtomobilin ilkin satış qiyməti 11 800 manat, tələb olunan beh məbləği isə 1 180 manatdır.