Bu ilin may ayında Azərbaycanın 90 vətəndaşı Türkiyədə əmlaka sahib olub.
Bu, ötən ilin may ayı ilə müqayisədə 15 mənzil və yaxud 20%çoxdur.
2019-cu ilin yanvar-may aylarında isə Azərbaycanın 464 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 132 mənzil və yaxud 39,7% çoxdur.
Ümumilikdə may ayında 3 967 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da illik müqayisədə 1 534 vahid və yaxud 63% çoxdur.
Yanvar-may aylarında isə Türkiyədə 17 452 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da illik müqayisədə 7 593 vahid və yaxud 77% çoxdur.
Türkiyədə ən çox mənzil alan xariciıər İraq vətəndaşlarıdır. İraqlılar mayda Türkiyədən 594, bu ilin ilk 5 ayında isə 2 908 mənzil əldə edib.
Siyahıda sonrakı yeri İran vətəndaşları tutur. Bu ölkədən olanlar mayda 504, yanvar-mayda isə 1 787 mənzil alıblar.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkənin sakinləri ötən ay Türkiyədə 285, 5 ayda isə 1 074 mənzil əldə ediblər.
Report.az