Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizi üzrə konteyner daşınmalarının müddətinin azaldılması təklif olunur | Banco.az

Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizi üzrə konteyner daşınmalarının müddətinin azaldılması təklif olunur

Aprelin 16-17-də Ukraynanın paytaxtı Kiyev şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının iclası keçirilib.

Bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Toplantıda dəhlizin 2019-cu ilin I rübü üzrə hesabatı müzakirə olunub. İştrakçılar konteyner daşınmalarının müddətinin azaldılması, qeydiyyatı və nəzarəti ilə bağlı məsələləri nəzərdən keçiriblər.

İclasın yekununda protokol imzalanıb.

Beynəlxalq Assosiasiyanın ümumi yığıncağının növbəti iclası bu ilin yayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq ildən-ilə artır. Hazırda bu dəhliz özündə 9 ölkəni birləşdirir, ümumilkdə isə dəhlizin nəqliyyat imkanlarından 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir.

Ümumilikdə isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” boyunca 60-a yaxın ölkə yerləşir. Bu coğrafiyada isə 4,5 milyard nəfər yaşayır. Bu baxımdan nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir.

Report