Almaniyada emal sektoru sifarişləri Fevral ayında 0.3 faiz artım göstərməsi gözlənərkən 4.2 faiz geriləyib.
Almaniyada zavod sifarişləri Fevral ayında gözlənilməz bir şəkildə kəskin azalma göstərib.
Bu vəziyyət, Avropanın ən böyük iqtisadiyyatının sənaye sektorundakı çətinlikləri aradan qaldırmaq məsələsində uğurlu olmadığına digər bir işarədir.
Zavod sifarişləri Fevral ayında, zəifləyən qlobal investisiya ilə əlaqədar olaraq, aylıq müqayisədə 4.2 faiz düşüb. "Bloomberg"in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, sifarişlərin 0.3% artması gözlənilirdi. Yanvar ayı göstəricisi isə 2.6 faiz azalmadan 2.1 faiz azalmaya dəyişdirilib.
Zavod sifarişləri həmin dövrdə ilik müqayisədə isə 8.4 faiz düşüb. Proqnoz azalmanın 3.1 faiz səviyyəsində reallaşması istiqamətində idi. Əvvəlki ayın göstəricisi 3.9 faiz azalmadan 3.6 faiz azalmaya dəyişdirilib.
İqtisadiyyat Nazirliyindən verilən açıqlamada, "Qarşıdakı aylarda emal sektorunda trend xüsusilə xarici tələb azlığına görə sabit qalmağa davam edəcək" deyilir.
Dünya ölkələrində investisiyalar azaldığından Almaniya zavodlarına maşın və avadanlıqların sifariş verilməsi də azalıb.
Bu göstəricinin açıqlanmasından sonra Avro ucuzlaşıb. Hazırda Avro/Dollar məzənnəsi 1.1236 dollar səviyyələrindədir.
Emal sektorunda bu pisləşmə, Avro Bölgəsi rəsmiləri üçün digər bir xəbərdarlıq siqnalıdır. Əgər emal sektorunda zəiflik digər sektorlara da sıçrasa, bu vəziyyət region üçün etibar və iqtisadi gözləntilərin daha da pisləşməsinə səbəb olacaq.
Avropa Mərkəzi Bankı (AMB) rəsmiləri gələn həftə pul siyasətini gözdən keçirmək üçün toplanacaq. Mövcud vəziyyət yeni stimulların tətbiq edilməsini və faizin daha uzun müddət aşağı saxlanılmasını tələb edir.
Marja