Netflix-in gəliri ikinci rübdə 13,4 faiz artıb | Banco.az

Netflix-in gəliri ikinci rübdə 13,4 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Netflix" 2026-cı ilin ikinci rübü üçün mənfəət hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 12,6 milyard dollara çatıb.

Şirkətin gəliri 2025-ci ilin ikinci rübündə 11,1 milyard dollar olaraq açıqlanıb.

"Netflix" bildirib ki, gəlirlərinin artması abunəçi sayının artması, qiymətlərin yüksəlməsi və reklam gəlirlərinin artması ilə bağlıdır.

Şirkət üçüncü rübdə gəlirinin 12,9 milyard dollara çatacağını proqnozlaşdırmışdı. "Netflix" bütün 2026-cı il üçün gəlir proqnozu diapazonunu daraltsa da, bu il 51 ilə 51,4 milyard dollar arasında gəlir gözlədiyini bildirmişdi.

Netflix-in xalis mənfəəti də ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,8 faiz artaraq 3,4 milyard dollara çatıb. Şirkətin xalis mənfəətinin 2025-ci ilin eyni dövründə 3,1 milyard dollar olacağı proqnozlaşdırılırdı.

Şirkətin səhm başına mənfəəti ötən ilin ikinci rübündəki 72 sentdən bu dövrdə 80 sentə yüksəlib.