Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.
Marja