Bu gənc qəpiklə iPhone XS satın aldı | Banco.az

Bu gənc qəpiklə iPhone XS satın aldı

Rusiyada bir qrup gənc topladıqları 100 min Rus rublu (1400 dollar) ilə birlikdə iPhone XS satın almaq üçün ən yaxın Apple Store mağazasına gedərək olduqca maraqlı bir hadisənin yaşanılmasına səbəb olublar.

Həmçinin oxu: Feminist qadınlar nə üçün yeni iPhone – ları BƏYƏNMİR?

Ancaq gənclər heç gözlənilməyən bir reaksiya ilə qarşılaşıblar. Belə ki, rus gənclərdən gətirdikləri qəpikləri saymaq istənilib.

Image result for iphone xs

Banco.az xarici mətbuata istinadla bildirir ki, Rusiyada Apple Store mağazalarından birinə iPhone XS almaq üçün gələn bir qrup gənc özləri ilə 100 min rubl məbləğində qəpik gətiriblər. Telefonu almaq üçün bir nəfər deyil, qrup halında gəlmələrinin səbəbi isə qəpiklərin içərisində olduğu vannanı ancaq belə daşıya bilmələridir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları

Əlbəttə ki, Apple pulu qəbul etməyə bilməz. Çünki müştəri ödəmə şəklini özü seçir və mağaza da bunu qəbul etməlidir. Nəticədə Ludmila Semushina adlı bu rus gənc bir vanna qəpiklə telefonu satın almış oldu.

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Tamara Mustafayeva, Banco.az