Bildiyimiz kimi ötən çərşənbə günü “Apple” yeni cihazlarını keçirdiyi təqdimat mərasimində insanların bəyənisinə təqdim etdi. Daha yaxşı kamera, daha böyük ekran, kifayət qədər yeniliyin olub olmaması sualı dünya gündəmini məşğul edərkən, iPhone la bağlı başqa bir münaqişə də ortaya çıxdı. Yeni modellər qadınların əlinə sığmayacaq qədər böyükdürmü?
5.8″ ilə 6.5 inçlik iPhone Xs modelləri istifadəçilərin böyük əksəriyyəti tərəfindən bəyənilsə də, feminist qrupların narazılığına səbəb olub. “Apple” şirkətinin qadınları nəzərə almayaraq telefon istehsal etdiyini iddia edən feminist qadınlar şirkəti ittiham edən açıqlamalar ediblər.
Həmçinin oxu: Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları
Mövzu ilə bağlı ilk olaraq Caroline Criado Perez açıqlama edib:
“Yeni modellərin ekranı qadınların əl quruluşuna uyğun deyil. Qadınlar kişilərə nəzərən daha çox iPhone telefonları satın alsalar da, şirkətin buna məhəl qoymamağı məni əsəbləşdirir.”
Daha sonra isə Feminist qrup rəhbərlərindən Jess Phillips danışıb:
“Texnoloji yeniliklər adətən kişiləri nəzərə alaraq həyata keçirilir. Şirkətlər artıq bütün müştərilərini düşünərək və diqqətə alaraq məhsul istehsal etməyi öyrənməlidirlər!”
Mövzu ilə bağlı son olaraq fikrini bildirən Qadın bərabərliyi partiyasının sədri Sophie Walker oldu:
“Apple şirkətinin İngiltərə mərkəzində kişilərə qadınlara nəzərən 24% daha çox maaş verildiyini bilirik. Həmçinin kişilər qadınlardan 57% daha çox bunus alırlar. Bu vəziyyətdə kişilərin dizayn edərkən qadınları nəzərə aldığını düşünürəmmi? Təbii ki, xeyr.”
Tamara Mustafayeva, Banco.az