Zaman keçdikcə reklamlara olan münasibət də dəyişməkdədir. Əgər əvvəlki illərdə reklamlar yalnız tanıtım məqsədi daşıyırdısa, hal-hazırki zamanda bu bir qədər fərqli anlam ifadə etməyə başlayıb. Hal-hazırda şirkətlər məhsul və xidmətləri tanıtmaqla bərabər insanların yaddaşında iz buraxmaq üçün emosional təsiri məharətlə istifadə etməkdədirlər. Emosional reklam modelləri insanlarda iki cür təzahür etməkdədir. İkrah və sevgi hissləri. Bu iki təsir bir-birindən fərqli olsa da məqsədli xarakter daşıyır. Məqsəd isə yaddaşlara və ya başqa adla desək şüurlatına lazımi məsajı ötürməkdir.
Emosional reklam formalarına misal olaraq siqaret reklamını misal göstərmək olar. Təqribən 1920-ci illərə qədər qadınların cəmiyyətdə siqaret çəkməsi qəbulolunmaz xarakter daşıyırdı. Bu isə cəmiyyətin yarıdan çox faizinin bu məhsula qazandıracağı dəyərin qarşısını alırdı. Amerikanın siqaret şirkətlərindən biri bu “problemi” həll etmək üçün satış üzrə tanınmış şəxs olan Bernaysı bu işə cəlb etdi. Bernays bu sahədə bir çox uğurlara imza atmış şəxs olaraq “qadınlar və siqaret” mövzusundakı baxışları yerlə bir edəcək reklama start verdi. Ziqmund Freydin qardaşı oğlu məhz əmisinin fikrini əsas tutaraq öz məqsədinə nail oldu. Ziqmunda görə “Əgər insanların emosional inamsızlığından faydalana bilsəniz – əgər onların ən dərin duyğularına və natamamlıq hissinə toxuna bilsəniz – dediyiniz hər lazımsız şeyi alacaqlar.”
Həmin dövrdə qadınlar azadlıqlarını müxtəlif formada biruzə versələr də siqaret mövzusunda məsələ daha qəliz xarakter daşıyırdı. Bunun üçün Bernays öz tanıtım sistemini ortaya qoydu : “siqaret çəkmək azadlığı təmsil edir.”
Öz planını həyata keçirmək üçün Bernays maraqlı bir plan hazırladı. O, milad bayramında xüsusi təşkil olunmuş mərasimdə varlı təbəqənin bir neçə qadın nümayəndəsiylə danışaraq onlara işarə verildikdə siqaret çəkməyi tapşırdı. Bunun üçün lazımi zaman anında bütün media onların şəklini çəkərək xəbər agentliklərində qadınların bu davranışının “azadlıq məşələsi” olduğu haqda informasiya yayacaqdılar.
Bernays bununla siqaret çəkən qadınların daha azad və heç kimdən asılı olmaması fikrini ortaya atmış oldu.
Təbii ki, medianın da dəstəyilə bu plan uğurlu nəticə verdi və qısa zamanda siqaret çəkən qadınların sayı getdikcə artdı və bu da öz növbəsində siqaret biznesi ilə məşğul olan şirkətlərə böyük gəlir gətirdi.
Bernaysın yaratdığı bu fikir daha sonralar digər biznes sektorlarına da öz təsirini göstərdi. Siz bağ yaradın, təsir öz sözünü deyəcək. Hal-hazırda bir çox kosmetika, içki şirkətləri bu ideyadan məharətlə istifadə etməkdədir. Burdan belə nəticəyə gəlmək olar ki, şüuraltı reklamın təsiri birbaşa reklamla müqayisədə daha effektivdir.
Nəcibə Yusifova, Banco.az