Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min nəfər pensiyaçı qeydiyyatda olub.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Məlumata görə, onların 64,6 faizi yaşa, 23 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.
Hesabat dövründə pensiyaların ən yüksək orta aylıq məbləği Bakıda (736,7 manat) və Naxçıvanda (505,3 manat), ən aşağısı isə Balakən (405,4 manat) və Xocalıda (402,5 manat) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!