Reklam yoxsa müştəri rəyi? Bu mövzu bir qədər müzakirəli olsa da bəzi hallarda demək olar ki, məhsul və xidmətə görə seçim də dəyişir. Belə ki, bəzi məhsullar reklam yoluyla tanınsa da bəzən istisna təşkil edən hallar da olur. Bunlara misal olaraq, viral hal alan mövzuları və ya həştəqləri və ya sadəcə müştəri rəylərini misal göstərmək olar. Müştəri rəyi reklamla müqayisədə daha effektiv hesab oluna bilər, çünki bu bir növ "salafan effekti" yaratdığı üçün daha az büdcə ilə daha çox gəlirə zəmin yaradır. Bundan əlavə əgər sizin reklam etdiyiniz məhsul keyfiyyətsizdirsə, heç bir marketing strategiyası sizə uğur qazandıra bilməz. Unutmaq olmaz ki, marketingin məqsədi mövcud mesajı lazımi auditoriyaya çatdırmaqdır. Bunun üçün brendlər vacib bir məsələni diqqətdən qaçırmamalıdırlar: diqqət çəkən kontent yazmaq, hansı ki, onu öz rəqiblərindən fərqləndirməlidir. İşin uğuru isə sizin məhsul və xidmətinizdən asılıdır.
Burda rol oynayan digər bir faktor yazılan kontentin diqqət çəkməsi və həmçinin ən əsası cəmiyyətin diqqətini çəkməkdir. Gravity Blanket şirkəti belə kompaniyalardan biridir. Bu şirkət keçən il Kickstarterdə 2 milyon dollar dəyərində ianə toplayaraq adı çəkilən Gravity Blanket yorğanını yaratdı. Belə ki, bu yorğanın yaradıcıları 249 dollar dəyərində olan məhsulun istifadəçilərin stressini azaldacağını və yuxusuzluqdan can qurtaracağını açıqladı. Onlar ilk növbədə elmi tədqiqata daha çox diqqət yetirərək, rəqəm və qrafikləri nəzərə almadılar. Bunun yerinə isə real alıcıların fikirlərini paylaşmağa başladılar. Əslində müştəri rəyi özü də öz növbəsində reklam xarakteri daşısa da mahiyyət etibarilə daha effektiv hesab oluna bilər. Daha sonra Amazon və Target şirkətlərinin ekspertlərinin fikirlərini tətbiq etməyə başlayan şirkət indiyədək gəlir əldə etməkdə davam edir. Belə ki, bu məbləğ hal-hazırda 15 milyon dollar təşkil edir.
Başqa bir misal olaraq Coca-Colanı göstərmək olar. Belə ki, şirkət hər zaman öz aktuallığını qorumaq üçün müxtəlif üsullardan istifadə edir. Bunlara misal olaraq Coca-Colanın qapağının üstündə hər ölkəyə uyğun insanların adının yazılmasını göstərmək olar. Bu reklam kompaniyası qısa zamanda bir çox insanın diqqətini çəkərək daha çox satışa nail olmağa şərait yaratdı. Bu ildə şirkətin analoji addımı Rusiyda keçiriləcək futbol yarışı üçün təşkil edəcəyi haqda məlumatlar mətbuatda yer almaqdadır.
Hansı strategiyanın tətbiq olunmağından asılı olmayaraq əsas olan təqdim olunan məhsul və xidmətin keyfiyyət prinsiplərinə riayət etməsidir.
Nəcibə Yusifova, banco.az