Azərbaycanın süd və qaymaq idxalı 18%-dən çox artıb | Banco.az

Azərbaycanın süd və qaymaq idxalı 18%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 15 milyon 690 min ABŞ dolları dəyərində 9 min 352 ton süd və qaymaq idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 1 452 ton və ya 18,4%, dəyəri isə 3 milyon 84 min dollar və ya 24,5% artıb.

Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 12 milyon 606 min dollar dəyərində 7 min 900 ton süd və qaymaq idxal edilib.

Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram