“Forbes” jurnalı dünyanın ən yaxşı şirkətlərinin siyahısını açıqlayıb. Siyahının ilk pillələrində yer alan şirkətlər dünyanın ən böyük və tanınmış şirkətləridir.
Həmçinin oxu: Dünyanın ən dəyərli markaları arasında texnologiyanın üstünlüyü
Banco.az xarici mətbuata istinadla bildirir ki, dünyanın ən yaxşı şirkətlərinin ilk 10-luğu aşağıdakı kimidir:
Sıra |
Şirkət |
Sənaye |
Ölkə |
1 |
Alphabet |
Kompüter Xidmətləri |
ABŞ |
2 |
Microsoft |
Proqramlaşdırma sistemləri |
ABŞ |
3 |
Apple |
Kompüter təminatı |
ABŞ |
4 |
Walt Disney |
Televiziya və radio yayımları |
ABŞ |
5 |
Amazon.com |
E-ticarət |
ABŞ |
6 |
Cnooc |
Neft və qaz emalı |
Honkonq |
7 |
Daimler |
Avtomobil istehsalı |
Almaniya |
8 |
Kasikornbank |
Regional banklar |
Tailand |
9 |
Celgene |
Biotexnologiya |
ABŞ |
10 |
BMW Group |
Avtomobil istehsalı |
Almaniya |
Qeyd edək ki, bu siyahının tərtib edilməsi üçün 430 mindən çox beynəlxalq işçi rəyi “Statista” tərəfindən analiz edilir. Belə ki, işçilərdən öz işəgötürənlərini qiymətləndirmələri və həmçinin xüsusilə bəyəndikləri digər şirkətləri qeyd etmələri istənilir.
Artıq ikinci ildir ki, dünyanın ən yaxşı şirkətləri üzrə “Forbes Qlobal 2000” siyahısının ilk pilləsində “Alphabet” şirkəti qərarlaşıb. “Google” – un ana şirkəti olan “Alphabet” belə nəticə əldə etmiş yeganə şirkətdir. “Google” şirkəti ğzünün 2018 – ci il üzrə müxtəliflik hesabatında elan etdi ki, qadınlar şirkətdə rəhbər vəzifələrin 25.5% - ni tutur və Latın Amerikalılar və qara dərililərin əmək haqları tədricən artırılır.
Həmçinin oxu: Dünyanın ən bahalı ölkələri AÇIQLANDI - REYTİNQ CƏDVƏLİ
80 mindən çox işçisi olan “Alphabet” şirkəti 117.9 milyard dollar dəyərində satış həcmi, 16.6 milyard dollar dəyərində mənfəəti, 206.9 milyard dollar dəyərində aktivləri və 766.3 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən böyük şirkətlərindəndir. Şirkət rüblük hesabatında ikinci rüb üzrə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 26% artımla 32.7 milyard dollara çatdığını açıqlayıb.
Siyahının ikinci pilləsində Microsoft şirkəti qərarlaşıb. 124 min işçisi olan texnologiya nəhəngi 103.3 milyard dollar dəyərində satış həcmi, 14.2 milyard dollar dəyərində mənfəət, 245.4 milyard dollarlıq aktivləri və 750.6 milyard dollarlıq bazar dəyərinə sahibdir.
Dünyanın ən dəyərli şirkətlərinin ilk onluğunun 6 pilləsi Amerika şirkətlərinə məxsusdur. 500 şirkətin adının qeyd edildiyi ümumi siyahıda isə Amerika 185 şirkətlə təmsil olunur.
Bu il Almaniya şirkətləri siyahıda üstünlük edən ikinci qrupu təşkil edirlər.
Xatırladaq ki, ən yaxşı şirkətlər siyahısında adı qeyd edilən şirkətlər öz imici, iş şəraiti və müxtəliflik baxımından çox yüksək dəyərləndirilən şirkətlərdir.
Həmçinin oxu: Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?
Tamara Mustafayeva, Banco.az