Yəqin ki, bir çoxlarınız dünya səyahətinə çıxmaq arzusundasınız. Bir çox hallarda insanlar əsas etibarilə dünyanın ən tanınan ölkə və şəhərlərinə üz tuturlar. Lakin unutmaq lazım deyil ki, belə ölkələrdə yaşayış səviyyəsi olduqca yüksək olsa da yaşam xərcləri də heç də az deyil. Bu yazıda sizə dünyanın ən çox inkişaf etmiş və eyni zamanda yaşamaq üçün çoxlu pul tələb edən ölkələri haqda məlumat verəcəyik. Bu haqda məlumat Mentalfloss saytında öz əksini tapıb.
Seul, Cənubi Koreya
Bu ölkə texnologiyanın vətəni adlandırıla bilər, çünki demək olar ki, bir çox texnoloji yeniliklərin əsası bu ölkədə qoyulur. Bundan əlavə Cənubi Koreya nə qədər gözəl ölkə olsa burda yaşamaq bir qədər xərc tələb edir. Cənubi Koreyanın təbii sərvətləri olmadığı üçün ölkədə kommunal xərclər olduqca yüksəkdir. Bundan əlavə yemək və geyim xərclərini nəzərə aldıqda ölkədə yaşamaq üçün olduqca işgüzar olmaq vacibdir.
Kopenhagen, Danimarka
Danimarka Avropa ölkələri arasında ən çox rəğbət görən ölkələrdən biridir. Burda maaşlar digər Avropa ölkələri ilə nisbətdə yüksək olduğu üçün şəhər və ümumilikdə ölkə bahalı hesab olunur. Digər ölkələrdə sahib olduğunuz lükslə burada orta həyat tərzi keçirə bilərsiniz.
Nyu York, Amerika
Xəyallar və fürsətlər ölkəsi. Amerikanı məhz bir çoxları bu adla çağırır. Amma unutmaq lazım deyil ki, Amerika ən inkişaf etmiş ölkə hesab olunur. Bəzən yerli amerikalılar belə öz ölkələrində yaşamaqda çətinlik çəkirlər. Təbii ki, əsas məsələ orta yaşayış minimumu ilə əlaqədardır. Paytaxt və inkişaf etmiş ştatlarda bu özünü daha aydın göstərir, yəni əgər kənarda çörək 8 dollardırsa, paytaxt və inkişaf etmiş ştatlarda bu rəqəm 16 dollar təşkil edə bilir.
Sinqapur
Sinqapur – kiçik ölkə olmasına baxmayaraq böyük perspektivləri özündə birləşdirir. Bir çoxları Sinqapuru dünyaya bəxş etdiyi intelektual insanlarla tanıyır. Məhz bu ölkədə elmə, təhsilə xüsusi qayğı özünü göstərir. Sinqapur da bahalı ölkələr arasında xüsusi seçilir. Əslində burda təəccüblü heç nə yoxdur, çünki ölkənin təbii resursları yox dərəcəsindədir.
Sürix, İsveçrə
Gözəl və romantik və bir o qədər də maliyyə tələb edən möhtəşəm ölkə. Hər zaman yüksək həyat standartları və əsrarəngiz təbiəti ilə diqqət çəkən İsveçrə də olduqca bahalı ölkə statusuna sahibdir. Bu mövzuda müəyyən ziddiyətlər özünü göstərməkdədir. Beləki, bu ölkədə insanların orta minimal əmək haqqı digər ölkələrlə müqayisədə olduqca yüksəkdir. Sürix və ya digər şəhərlərə səyahət planınız varsa, mütləq qiymətlər haqda araşdırma aparın.
Ümumilikdə dünyanın ən bahalı ölkələrinin onluğu aşağıdakı şəkildədir:
1. Sinqapur
2. Paris, Fransa
2. Sürix, İsveçrə
4. Honq Konq, Çin
5. Oslo, Norveç
6. Cenevrə, İsveçrə
6. Seul, Cənubi Koreya
8. Kopenhagen, Danimarka
9. Təl Əviv, İsrail
10. Sidney, Avstraliya
Nəcibə Yusifova, Banco.az