“Apple”-dan YENİ radikal qərar | Banco.az

“Apple”-dan YENİ radikal qərar

“Apple” şirkətindən bildirildiyinə görə, artıq iPhone, iPadMac kompüterlərinin satış sayı elan edilməyəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi “Apple” şirkəti tərəfindən edilən açıqlamaya görə, artıq iPhone, iPadMac kompüterlərindən neçə ədəd satıldığına dair heç bir məlumat yayımlamayacaq.

Həmçinin oxu: Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

Sözügedən açıqlama analitiklərin narahatlığına səbəb olarkən, şirkətin səhmlərinin dəyəri 7.7% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin açıqlamasına görə, iPhone – nun satış ədədi dördüncü rüb üzrə proqnozları (48.4 milyon) doğrultmayaraq 46.9 milyon olub.

“Apple” tərəfindən cümə axşamı edilən açıqlamaya görə, şirkətin dördüncü rüb üzrə gəliri 62.9 milyard dollar olub. Proqnozlaşdırılan göstərici isə 61.44 milyard dollar idi. Şirkətin sözügedən dövrdə bir səhm üzrə xalis gəliri 2.91 dollar olub ki, bu da proqnozlardan (2.78 dollar) çoxdur. 

Həmçinin oxu: Apple artıq e-mail və telefon zənglərinə nəzarət edəcək

Tamara Mustafayeva, Banco.az