Dünyanın ən məşhur musiqi tapmaq və paylaşmaq tətbiqi olan “Shazam” – ın Apple tərəfindən satın alınması rəsmi olaraq açıqlanıb.
Həmçinin oxu: Apple yeni “iPhone” – ları və ağıllı saatını tanıtdı - QİYMƏTLƏR
Apple “Shazam” – ı 400 milyon dollara satın aldığını bildirib.
Apple və “Shazam” – ın uzun bir keçmişinin olduğunu söyləmək mümkündür. Apple, bu gün satın alma prosesinin başa çatdığını və tətbiqin reklamsız versiyasını bütün istifadəçilər üçün aktivləşdirdiyini açıqlayıb. Apple Music – in vitse-prezidenti Oliver Schusser etdiyi açıqlamada tətbiqin hər yerdə musiqi həvəskarları üçün sevilən bir tətbiqə çevrildiyini söyləyib.
Tətbiqdə dəyişikliyin olub olmayacağı ilə bağlı isə Apple şirkəti hələ ki bir açıqlama etməyib.
Həmçinin oxu: Apple artıq e-mail və telefon zənglərinə nəzarət edəcək
Tamara Mustafayeva, Banco.az