Ötən məqalələrimizdən birində son günlərin ən populyar sosial media platformalarından biri olan Instagram – da işin effektiv qurulması üçün sosial media menecerlərinin (SMM) köməyinə çatacaq alətlər haqqında yazmışdıq. Bugün isə eyni zamanda birdən çox sosial şəbəkənin idarə edilməsi üçün faydalı olacaq onlayn alətlər haqqında məlumat verəcəyik.
Qeyd: Başlıqlara klikləyərək tətbiqlərin internet saytlarına daxil ola bilərsiniz.
Həmçinin oxu: Kiçik müəssisələrin Sosial Media Marketinqində etdikləri 4 səhv
1. Canva
Fotoşopla şəkil hazırlamaq bəzən həddindən artıq vaxtınızı ala bilər, ya da bu mövzuda kifayət qədər bacarıqlı olmaya bilərsiniz. Canva platforması vasitəsilə siz şəkilləri tez bir vaxtda istədiyiniz kimi tərtib etmək imkanı əldə edirsiniz. Bloq və ya sosial media hesablarınızda paylaşacağınız şəkilləri bir neçə dəqiqə ərzində hazırlayıb paylaşmağa hazır vəziyyətə gətirə bilərsiniz.
Həmçinin oxu: Banklarımız Instagram-da nə qədər aktivdir? - ARAŞDIRMA
2. Mention
Markanızın bazardakı vəziyyətini ən effektiv şəkildə izləməyin yolunun insanların markanız haqqında nə söylədiyini bilməkdən asılı olduğunun fərqində olan Mention sizin üçün məhz bu imkanı yaradır. Sosial media vasitəsilə araşdırma həyata keçirən tətbiq markanızın adının keçdiyi paylaşımları aşkar etdiyi zaman sizə bildiriş göndərir. Ödənişli bu xidmət markanızın ehtiyaclarına görə tənzimlənə bilir. Düzgün auditoriyaya xitab etmək üçün Mention tətbiqindən yararlana bilərsiniz.
Həmçinin oxu: Şəxsi brendini yaratmaq istəyənlər üçün kiçik tövsiyyələr
3. Buffer
Instagram, Facebook və ya Twitter hesablarınızın hansında nə vaxt hansı paylaşımı edəcəyinizi planlaşdırmaqda çətinlik çəkirsinizsə, sosial media planlaşdırma platforması olan Buffer köməyinizə çatacaq.
Buffer bütün sosial media hesablarının bir platforma vasitəsilə idarə edilməsinə icazə verir.
Həmçinin oxu: Mütləq izləməli olduğunuz 7 marketinq bloqu
Əgər fərqli saat qurşaqlarında yaşayan işçiləriniz varsa və ya xarici ölkələrlə iş əlaqələri qurmusunuzsa, saat fərqindən yaranan problemləri azaltmaq üçün Figure It Out tətbiqindən istifadə edə bilərsiniz. Bu onlayn alət fərqli yerli saatları görə biləcəyiniz bir Google əlavəsidir. Bu əlavə vasitəsilə artıq başqa ölkələr üzrə olan son təslimat tarixini ötürməyəcəksiniz.
Həmçinin oxu: Evdən işləyərək pul qazana biləcəyiniz 5 peşə sahəsi
Bu, telefon və ya planşetlərinizdə istifadə edə biləcəyiniz bir tətbiqdir. Həm Ios, həm də Android marketlərdə mövcud olan bu tətbiq digər tətbiq və alətləri bir-birinə bağlayır. Beləliklə də bir sosial media hesabınızda paylaşdıqlarınızı digər hesablarınızda da asanlıqla paylaşa bilərsiniz.
Həmçinin oxu: Məşhur brendlərin sosial mediada yol verdikləri ən böyük 5 səhv
Tamara Mustafayeva, Banco.az