Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq | Banco.az

Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq

Bu gün sosial media vasitələrindən işgüzar məqsəd üçün istifadə etməyən biznes sahibləri demək olar ki, yoxdur. Böyük və tanınmış şirkətlərdən kiçik bizneslərə qədər hər bir markanın rəqabətə tab gətirə bilməsi üçün sosial şəbəkələrdə aktiv olması zəruri hala çevrilmişdir. Təbii ki, bu işin öz mütəxəssisləri var və onlar Sosial media menecerləri (SMM) adlanırlar.

Bəs, sosial media menecerləri öz işlərini ən effektiv şəkildə icra etmək üçün hansı köməkçi vasitələrdən istifadə edə bilərlər? Bugünki məqaləmizdə sosial media vasitələrindən son zamanlar ən çox müraciət edilən “Instagram” platformasının asan idarə edilməsi üçün sosial media menecerlərinə kömək olacaq faydalı alətlər haqqında məlumat verəcəyik.

İlk olaraq “Instagram” platforması haqqında qısaca qeyd edək. Kevin Systrom və Mike Krieger tərəfindən yaradılan Instagram 2012 – ci ildə “Facebook” tərəfindən rekord bir qiymət ilə – 1 milyard dollara satın alınır. Həmin tarixdən etibarən istifadəçi sayı sürətlə artır və daha da məşhurlaşır. Bugün artıq bu sosial şəbəkədə qeydiyyatdan keçməyən insan tapmaq olduqca çətindir.

İndi isə sosial media menecerlərinin köməkçi alətlərinə nəzər salaq. Məqaləmizdə sizin üçün faydalı ola biləcək ən effektiv 7 “Instagram” alətini qeyd etmişik.

1. Buffer for Instagram

Schedule Instagram Posts With Buffer

Buffer, sosial media vasitəsilə məlumat axınının təşkil olunmasının proqramlanmasını ağıllı bir şəkildə və asan yolla edən alətlər panelidir.

“Buffer” aləti sosial media hesablarının idarə edilməsi zamanı müraciət ediləcək ən mükəmməl vaxta qənaət edici vasitə hesab edilir. Bu alət sizə imkan yaradır ki, Facebook, Twitter və Pinterest kimi bir çox sosial media platformalarında paylaşacağınız postları əvvəlcədən planlaşdırasınız, yəni istədiyiniz tarixə və vaxta görə tənzimləməni həyata keçirəsiniz.

Hazırda isə eyni əməliyyatları Instagram üçün də icra edə bilərsiniz. Belə ki, “Buffer” – in Instagram bölməsi artıq aktivdir.

Bu alətin ən müsbət cəhəti istifadəsinin olduqca rahat olmasıdır. Yəni siz anlaşılmaz və vaxt aparan təlimatlara riayət etməli olmayacaqsınız. Hesabınızı aktiv edirsiniz, postlarınızın paylaşılma vaxtını təyin edirsiniz və hər şey artıq hazırdır.

“Buffer” – in təmin etdiyi ən gözəl xüsusiyyət isə etdiyimiz paylaşımların analizini çıxarmasıdır.

2. Hootsuite

Hootsuite For Instagram

Bu alət “Buffer” – in postların planlaşdırılması funksiyası ilə yanaşı daha üstün cəhətlərə malikdir.

“Hootsiute” artıq internet və mobil qurğular vasitəsilə sosial medianın idarə olunmasına, söhbətlər axınının izlənməsinə, kampaniya nəticələrinin ölçülməsinə imkan vərən mühüm bir alətlər panelinə çevrilib.

“Hootsuite” limitsiz sosial bölmələrin idarəsi, hərtərəfli geniş analitik təhlili, zamanlanmış mesaj şkalasının təşkili (yəni istədiyiniz tarixə və vaxta görə tənzimləmə), “google analytics” və “facebook insight” kimi xidmətlərə inteqrasiya kimi tətbiqlərin heç bir pul ödəmədən profesional və təşkilati vasitələrlə həllini təklif edir.

3. Sendible

Social Media Management With Sendible

“Sendible” daha təkmilləşdirilmiş sosial media idarə etmə alətidir. Belə ki, bu alət “Buffer” və “Hootsuite” alətlərindən üstün funksiyalar təklif edir.

Siz bu alətdən istifadə edərək postları planlaşdıra, izləyicilərinizin mesajlarını cavablandıra, analitik hesabatları hazırlaya və ya komanda üzvlərinizlə əməkdaşlıq halında işləyə bilərsiniz.

Təbii ki, bu Instagram aləti şirkətlər üçün də əla seçimdir.

Ən sərfəli kredit üçün müraciət et

 Instagram postlarınızı yolda olarkən planlaşdırmaq istəyirsiniz? Heç bir problem yoxdur, o halda “Sendible” alətinin mobil telefonlar üçün olan tətbiqindən istifadə edin.

İcra etməli olduğunuz proses çox sadədir – “Compose box” – a daxil olursunuz, idarə etdiyiniz Instagram hesabını daxil edirsiniz, mesajı yazırsınız və nəhayət postun paylaşılacağı vaxtı təyin edirsiniz.

Sendible App

Sendible aləti həmçinin sizin üçün “Canvas” əlavəsindən istifadə etməklə şəxsi Instagram şəkli və ya motivasiya edici status tərtib etmək imkanı yaradır.

4. Later.com

Later

“Later” də Instagram  üçün digər bir faydalı postun planlaşdırılması alətidir.

Dünyanın ən məşhur 600.000 şirkəti, markası və influenseri tərəfindən istifadə edilməsi onu blogerlər, kiçik biznes sahibləri və sahibkarlar arasında pupulyar edir.

Bu alət həmçinin asan üsulla Instagram şərhlərinizi də idarə etmə imkanı yaradır.

5. Tailwind

Tailwind

“Tailwind” aləti əsasən “Pinterest” platforması üçün planlaşdırma və analiz tətbiqi kimi tanınsa da, bu yaxınlarda Instagram bölməsi də aktiv edilmişdir.

Bu alətin digərlərindən üstün cəhəti isə onun “Smart Schedule” (Ağıllı Planlaşdırma) funksiyasıdır. Belə ki, “Tailwind” izləyicilərinizi nəzərə alaraq, yəni onların günün hansı saatlarında sizin postlarınızı gördüklərini müəyyənləşdirərək postları paylaşmaq üçün vaxt seçimləri də təklif edir.

Onu da qeyd edək ki, “Tailwind” Instagram ilə əməkdaşlıqda olduğu, onun “Xidmət Şərtlləri” (Terms of Service) – nə riayət etdiyi üçün siz hesabınızın təhlükəsizliyinə əmin ola bilərsiniz.

6. Hashtagify.me

hashtagify me

“Hashtagify” aləti əsasən “Twitter” üzrə istiqamətlənsə də, bu o demək deyildir ki, siz bu alətdən Instagram üçün istifadə edə bilməyəcəksiniz.

“Hashtagify” aləti sizə öz auditoriyanıza uyğun olaraq ən çox istifadə edilən “hashtag” – ləri tapmaq imkanı yaradır.

7. Iconosquare

iconosquare

“Iconosquare” aləti sizə Instagram hesabınız haqqında məlumat verir və aktivliyinizi idarə etmək imkanı yaradır.

Instagram platformasından biznes məqsədilə istifadə edən şəxslər üçün hesabın dəqiq və ətraflı analizini tərtib edən bu alət olduqca düzgün seçimdir.

Alət, gündəlik olaraq istifadəçi sayının artıb azalmasını, yerini və daha çox funksiyaları icra edir.

iconosquare graph

Bununla yanaşı siz bu alət vasitəsilə postlarınızın analizini də əldə edə bilərsiniz.  Eyni zamanda “Iconosquare” sizə ən düzgün hashtag seçimləri də təklif edir.

Həmçinin oxu: Banklarımız Instagram-da nə qədər aktivdir? - ARAŞDIRMA

Tamara Mustafayeva, Banco.az