“Forbes” jurnalının ən varlı şəxslər siyahısında adları qeyd edilən milyarderlərin gəlir əldə etmə yolları fərqli olduğu kimi nəqliyyat vasitəsi olaraq istifadə etdikləri avtomobillər də müxtəlifdir.
Bugünki məqaləmizdə sizə dünyanın ən varlı şəxslərinin hansı avtomobillərə sahib olduqları haqqında araşdırma təqdim edirik. Siyahıdakı bəzi avtomobillərin özü marağa səbəb olarkən digərlərini dəyərli edən isə məhz sahibləridir.
Həmçinin oxu: 2018-in ən zəngin qadınları AÇIQLANDI
1. Karlos Slim Elu
Karlos Slim Elu 63 milyard dollarlıq sərvəti ilə Meksikanın ən varlı insanıdır. O, “Forbes” jurnalının 2010 – cu il siyahısına görə dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. “Telmex” və “America Movil” kimi telekom şirkətlərinin sahibi ərəb əsilli Meksikalı biznesmen işə “Bentley Continental Flying Spur” markalı avtomobillə gedir. Avtomobilin qiyməti 300 min dollarlıq bir çox evdən daha yüksəkdir.
2. Bill Qeyts
Bill Qeytsin “Porsche 959 Coupe” markalı avtomobilindən dünyada sadəcə 250 ədəd mövcuddur. Vaxtıylə Bill Qeytsin bu avtomobili idarə edə bilməsi üçün həmin vaxt ABŞ prezidenti olan Bill Klinton xüsusi fedaral qanun qəbul etməli olub, çünki avtomobilin qəza test nəticələri yox imiş. Bəs, qiyməti? İlk istehsal olunduğu vaxt 250 min dollar dəyərində olan avtomobil indi 400 min dollara qalxmışdır.
Həmçinin oxu: Bill Qeytsin oxumağı tövsiyyə etdiyi 5 kitab
3. Alice Walton
“Wal-Mart” – ın varisi Alice Walton dünyanın ən varlı ikinci qadını ünvanına sahibdir. Ancaq avtomobillə bağlı olduqca təvazökar bir seçim etmişdir. Onun idarə etdiyi 2006 model “Ford F-150 King Ranch” markalı avtomobilin qiyməti təqribən 40 min dollar təşkil edir.
4. Ceff Bezos
160 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı olan Ceff Bezos bugünki qiyməti təqribən 4 min dollar olan 1996 model “Honda Accord” sürür.
Həmçinin oxu: 1 trilyonluq uğurun sirri – Amazon
“IKEA” pərakəndə mebel şəbəkəsinin qurucusu Ingvar Kamprad 27 yanvar 2018 – ci ildə vəfat edərkən sərvəti təqribən 28 milyard dollar həcmində idi. Ancaq avtomobil seçimi satdığı mebellər qədər təvazökar idi. 1993 model “Volvo 240” markalı avtomobilin bugünki dəyəri 1500 dollar təşkil edir.
Qurduğu “Bloomberg L.P.” şirkəti maliyyə analizi və iqtisadiyyat mediasında imparatorluğa çevrilən Michael Bloomberg 35 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 8 – ci insanı ünvanına sahibdir. İdarə etdiyi “Audi R8” markalı avtomobil isə 120 min dollardan satışa çıxarılır və 0 dan 100 kilometrə sadəcə 3.2 saniyədə çata bilir.
“Oracle” proqram markalarının qurucusu olan Larry Ellison bir çox avtomobilə sahib olması ilə bilinir. Ən prestijli avtomobillərindən biri olan “McLaren F1” isə 1998 – ci ildə dünyanın ən sürətli avtomobili seçilmişdir. Avtomobillərin istehsalı elə həmin il dayandırılmışdır. İndiki qiyməti isə 4.1 milyon dollara qədərdir.
Warren Buffett 88 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamlarından biri olmasına baxmayaraq həyat tərzi də ən az bank hesabı qədər məşhurdur. Tanınmış sərmayəçi vaxtıylə çətin vəziyyətdə olan “General Motors” – u dəstəkləmək üçün “Cadillac DTS” satın almış və hələ də həmin avtomobili idarə edir. Avtomobilin qiyməti isə 45 min dollardır.
Həmçinin oxu: Warren Buffettdən növbəti böyük xeyriyyə yardımı
9. Mark Zuckerberg
Zuckerberg əksərən qara rəngli “Acura TSX” markalı avtomobilini idarə edir. Gənc milyarder siyahımızın ən münasib qiymətli avtomobillərindən birinin sahibidir. Avtomobilin qiyməti təqribən 30 min dollardır.
10. Michael Dell
Dell 2004 model “Porsche Boxter” markalı avtomobil idarə edir. Yeni modellərin qiyməti 80 min, ikinci əl qiyməti isə 20 min dollardan aşağıdır.
Tamara Mustafayeva, Banco.az