Bütün dünyada məhşur olan Amazon şirkətinin yaradıcı Cef Bezos öz həyat təcrübəsinə əsaslanan uğur qazanmaq texnikaları haqda məlumat bölüşüb. Xatırladaq ki, Ceffin varidatı 106 milyard dollar təşkil edir. Ceff Bezos yalnız Amazonun deyil, o cümlədən bir çoxlarına məlum olan The Washington Post və Blue Origin kimi şirkətlərin sahibidir. Bütün sahibkarlar kimi Ceffin də özünəməxsus uğur hekayəsi var. Bir neçə ay öncə Ceff uğur əldə etməyin vacib yolları haqda TechCrunch xəbər agentliyinə məlumat vermişdi.
1.Həyat yoldaşı seçimində çox həssas davranın.
Ceff hal-hazırda yoldaşı Makkenzi ilə 24 ildir evlidir. Onunla tanışlığa qədər Ceff evlənəcəyi qadını seçmək üçün hətta dostlarından da kömək istəyib. Amma sonra anlayıb ki, əslində onun qarşı tərəfdə axtardığı əsas xarakterik keyfiyyət qadının ilham və yaradıcılıq qabiliyyətidir. Onun sözlərinə görə o, axtardığı qadının ona ideya verməsini, ideyalarını həyata keçirməkdə ona yardımçı olmasını istəyirdi. Xanım Makkenzi isə Ceffin axtardığı qadın idi.
2. Bir çox işi eyni anda icra etməyin.
"Əgər dostlarınızla və ya ailənizlə nahar edirsinizsə, naharınızı edin və ya kitab oxuyursunuzsa, ona adaptasiya olun. Mən etdiyim işimdəki əsas məqsədə köklənməyi sevirəm. " – milyader bildirib.
3.Riski seçin və konfort zonasından uzaq durun.
Həyatda hər kəsin bir seçimi var, hansı ki, seçimlər də həyatımızın geri qalanını idarə edir. Birincisi – həyat təhlükəsizdir və rahatdır. İkincisi – risklidir, ekstrimlərlə, eniş və qalxışlarla doludur. Bezos isə ikinci varianta üstünlük verir. 1994-də Ceff, Wall Street-də maliyyə proqramlaşdırma təminatı üzrə mütəxəssis işləyirdi. Bu vəzifə ona gələcəkdə böyük şirkətləri idarə etməkdə yardımçı oldu. O, çalışdığı şirkətə öz biznesinə görə işdən ayrılmaq istədiyi haqda məlumat verdikdə, şirkət rəhbərliyi bu qərarın onun kimi yüksək statusda çalışan biri üçün nə qədər riskli olduğunu demişdi və qarşılığında Ceff onu dünyada tanıdan Amazon şirkətini yaratmışdı.
Daha sonralar bu ani qərarı haqda danışan Ceff Bezos bu qərarın vaxtında atılmış düzgün addım olduğunu və əgər uğursuz olsaydı belə yenə də sınamasaydı peşman olacağını deyirdi.
Biznesdə “niyə?” sualı vacib xarakter daşısa da ən önəmli xarakter daşıyan “niyə də yox?” ifadəsidir.
4.Həmişə alternativ variantınız olsun.
Əgər Amazon fikri real olmasaydı nə olardınız sualına Bezos iki fərqli cavab verib.
Birincisi, yeqin ki, proqramçı olardım. İşə sıfırdan başlamaqdan zövq alıram.
İkinci variant olaraq yəqin ki, barmen olardım. Yeqin ki, cəld biri olmazdım amma işə fantaziyamı qataraq fərqli işlər ortaya çıxarardım. Hətta bardakı lövhəyə belə bir yazı da əlavə edərdim: “Siz onun tez hazır olmağını ya dadlı olmağını istəyirsiniz?”
5. Səhv ən yaxşı müəllimdir.
Uşaq tərbiyəsi mövzusunda Bezos və yoldaşı razılığa gəlməsə də ən azından təcrübədən keçmiş üsullardan istifadə edirlər. Bezosun sözlərinə görə o, 4 yaşından bəri bıçaqdan istifadə edirmiş. Ona görə də uşaqlarına belə bir sərbəstlik vermək niyyətində olduğunu gizlətmir. Bu mövzuya toxunan milyader “doqquz barmaqlı uşağın atası olmağı heç nədən xəbəri olmayan uşağın atası olmaqdan üstün tuturam.” deyə o, bildirib.
6. Ev ilə iş bir-biri ilə ahəng təşkil edir.
“Mən balans sözünü harmoniya ilə əvəz etməyə üstünlük verirəm. Əgər mən evdə xoşbəxtəmsə, işdə də produktiv biri olacam. Eyni zamanda əgər uğurlu bir işçi, sahibkaramsa, evdə də eynilə pozitiv həyat yoldaşı və uğurlu ata olacam” - o, bildirib.
7. Uşaq marağınızı özünüzdə saxlayın.
Risk etməkdən qorxmayın. Dünyanın ən yaxşı ixtiraçıları yeni eksprementlər etməkdən qorxmayan insanlar olublar. Əgər siz tənqiddən qorxursunuzsa, onda heç nə etməyin.
Nəcibə Yusifova, banco.az