Cənubi Atlantik adalarından olan Müqəddəs Yelena adası immiqrasiya xidmətinə yeni əməkdaş axtarır. İşə götürüləcək həftədə sadəcə bir dəfə təyyarə qəbul edəcək. Əslində bu iş bir çoxlarının xəyalındakı işdir, çünki Müqəddəs Yelena adası Afrikadan 1800 km uzaqda yerləşir. Ərazi Böyük Britaniyanın idarəsi altındadır. Ərazi çoxlu çeşidli flora və fauna ilə zəngindir. Adanın bir digər özəlliyi əhalisinin ümumi sayı 4500 nəfərdir.
Burda işləməyi qəbul edəcək şəxs illik 50 000 funt sterlinq maaş alacaq. Əslində bu aeroport çox da prespektivli hesab olunmur. Səbəbi isə bura həftədə yalnız bir dəfə təyyarənin daxil olması, üstəlik təyyarə hava səbəbindən 70 nəfərdən çox sərnişin qəbul etmir. Yerlilər adanı çox nadir hallarda öz ehtiyaclarını ödəmək üçün tərk edirlər. Amma buna baxmayaraq, Böyük Britaniya bu adada gələcəkdə çox böyük prespektiv gördüyü üçün oranı bağlamaq niyyətində deyil. Hətta məlumat üçün bildirək ki, hava limanın tikintisinə 300 milyon funt sterlinq xərc çəkilib və hələ də dövlət bu hava limanından o qədər gəlir əldə etməyib.
Nəcibə Yusifova, Banco.az