“Burger King”-in “İnnternational House of Pancakes”-lə sosial media zarafatı | Banco.az

“Burger King”-in “İnnternational House of Pancakes”-lə sosial media zarafatı

Rəqiblərinə, xüsusən də “Mc Donald’s”-a sataşmaqda ustalaşmış “Burger King” bu dəfə də edilə biləcək ən yaxşı tərzdə “İnternational House of Pancakes” -lə sosial media vasitəsilə zarafat etdi.

“İnternational House of Pancakes” (IHOP) Amerikanın pankekləri (pancake) ilə məşhur qəlyənaltı restoranlar şəbəkəsidir. Son zamanlar pankeklərlə yanaşı burger də satmağa başladı. Burger satmağa başladıqdan sonra yeni bir marketinq siyasəti olaraq adını IHOB, yəni “İnternational House of Bancakes” olaraq dəyişdirdi. Bu təbii ki, digər fast-food markalarını acıqlandıracaq bir addım idi.

Bu addımdan dərhal sonra sosial media qarışdı. “Burger King” isə sosial mediadakı səssizliyini bir müddət qorudu, ta ki Facebook səhifəsindəki loqosunu “Pancake King” olaraq dəyişdirənə qədər.

Ən sərfəli kredit üçün müraciət et

“Burger King” loqosundakı adını dəyişdirdikdən sonra əvvəllər də qəlyənaltılar üçün müştərilərə təklif etdikləri pankeklərin şəklini səhifənin arxa fon şəkli olaraq yerləşdirdi. Dəyişikliklə bağlı açıqlama etməyən “Burger King” bir istifadəçinin Twitter şəbəkəsi vasitəsiylə ünvanladığı “Ey Burger King, IHOB üçün borc verə biləcəyin qrilin varmı? sualını “Təəsüflər olsun ki, köhnə Burger King hazırda telefona cavab verə bilmir...” şəklində cavablandırdı.

Tamara Yusifova, banco.az