Mütəxəssislər, investorların təbəssümünü təmin edəcək üç şeyə diqqət çəkir:
1. Uğurlu ICO-lar
Böyük nailiyyət qazanmış ICO-lar Bitcoin-in əvvəlki formaya gəlməsində əhəmiyyətli rol oynayacaq. Ancaq bir çox səmərəsiz ICO da investorların etibarını itirməsinin ən böyük səbəbidir.
2. Ümid vəd edən layihələr
Bununla yanaşı, böyük ümidlər vəd edən ICO-lar Ethereum-a olan tələbi artıracaq və beləliklə, rəqəmsal valyutalara maraq artacaq.
3. Korporativ investorlar
Bu il korporativ müştərilərin bazarda 10-12 milyard dollar sərmayə yatıracağı gözlənilir. Az görünsə də, bu, ötən ilki sərmayədən iki dəfə dəyərli olduğu üçün Bitcoin daha da mənfəətli hala gəlir.
Mənfi səbəblər
Kriptovalyuta bazarını izləmirsinizsə, oradakı tənzimləmələrdən xəbəriniz olmayacaq. Bəzi ölkələr bununla kifayətlənməyib daha sərt qaydalar tətbiq edərək rəqəmsal pulların qarşısını kəsmək istədilər. Ancaq investorun Bitcoin və digər kriptovalyutalara olan etibarı sayəsində həmin tənzimləmələr onların qarşısını kəsə bilmədi.
Stabilliyə nail olmaq üçün qanuni tənzimləmələrin olması vacibdir. Buna görə də qanuni tənzimləmələr investorlara və şirkətlərə uzunmüddətli qazanc gətirəcək.
Bunu da qeyd edək ki, Yaponiya, Amerika Birləşmiş Ştatları və Cənubi Koreya bir müddətdir Bitcoin və altcoinlər əleyhinə qanunlar hazırlanan ölkələr sırasındadır.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.