Yaponiyanın məşhur mesajlaşma proqramının provayderi olan “Line Corporation” rəqəmsal valyuta mübadiləsi həyata keçirmək üçün yeni şirkətin yaradılacağını açıqlayıb.
“Line Financial Corporation” adlandırılan şirkət rəqəmsal pul, kredit, sığorta köçürmələri və mübadiləsi üçün mühit təşkil edəcək.
Maliyyə biznesində öz mövqeyini möhkəmləndirmək üçün şirkət blok zəncirləri kimi texnologiyanın ARGE işini təşviq edəcək.
Kriptovalyuta xidmətləri şirkətin “Line Pay” adlı ödəniş və pul köçürülməsi tətbiqi ilə təmin olunacaq. Açıqlamaya görə, ötən il “Line Pay”-in illik əməliyyat həcmi təxminən 450 milyard yapon yeninə (4.1 milyard dollar) çatıb və qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 40 milyonu ötüb.
“Line Corporation”-ın hazırda yeni şirkətin Yaponiya səlahiyyətlilərindən lisenziya gözlədiyi bildirilir.
Açıqlamaya görə:
“Virtual pul əməliyyatçısı olaraq qeydiyyat prosesi Maliyyə Xidmətləri Agentliyi (FSA) ilə başlanılıb və araşdırma davam etdirilir”.
Ötən il ərzində Yaponiya istifadəçiləri qoruyarkən sənayeni də dəstəkləyən qayda və qanunlarla dünyada “kriptovalyutaların dostu” formasını alıb.
Diqqət çəkən məqamlardan biri də Yaponiyanın 2017-ci ilin martında Bitcoin-i qanuni ödəniş vasitəsi olaraq qəbul etməsi və 6 ay sonra FSA-nın kriptovalyutalar üçün biznes lisenziyası verməyə başlaması oldu.
Kriptovalyutalar haqda yeganə plan quran şirkət “Line” deyil. Sosial media platforması “Kik” sentyabr ayında ICO vasitəsilə 98 milyon dollar qazanan öz kriptovalyutasını yaratdı. Şirkət uzunmüddətli iş planlarını bunun sayəsində həyata keçirdi.
Mobil bankçılıq təşəbbüsü olan “Revolut” da 2017-ci ilin dekabrında Litecoin və Ethereum dəstəyi təqdim etdi. Bunu şirkətin iyul ayındakı Bitcoin dəstəyi inteqrasiyası izlədi.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
“Lightning Network” nədir və necə işləyir?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.