Moskva Birjası Türk lirəsi üzərindən əməliyyatlara başladığını bildirib | Banco.az

Moskva Birjası Türk lirəsi üzərindən əməliyyatlara başladığını bildirib

Birjadan verilən yazılı açıqlamada, Türk lirəsi üzərindən əməliyyatlara başlandığı və ilk gündə təxminən 1,5 milyon rublluq əməliyyat həyata keçirildiyi bildirilib.
 

Açıqlamada fikirlərinə yer verilən Moskva Birjasının Valyuta və Forex Bazarları üzrə Baş direktoru İqor Mariç, forex bazarında alətlərin genişləndirilməsinin, Rusiya ilə Türkiyə arasında xarici ticarət fəaliyyətində iştirak edən bank müştəriləri və investisiya şirkətləri üçün yeni imkanlar açdığına işarə edib.

 
Rusiya və Türkiyə arasında xarici ticarət dövriyyəsinin 2017-ci ildə 40 faiz artaraq 20 milyard dolları keçdiyini xatırladan Mariç, "Valyuta bazarında Rusiya rublu ilə Türk lirəsinin alışlarının inkişaf etdirilməsi, qarşılıqlı müqavilələrdə milli valyutaların rolunun artmasını təşviq edəcək",-deyib.

Ən sərfəli kredit üçün müraciət et

 
Moskva Birjasında hazırda dollar, avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Honq Konq dolları, Çin yuanı, Belarus rublu və Qazax tengesi üzərindən əməliyyatlar aparılır.

 
Moskva Birjası Türk lirəsi ilə bərabər Yapon yeni üzərindən əməliyyatlara da bir müddət əvvəl başlamışdı.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et