Motivasiya məktubu üçün vacib addımlar
Motivasiya məktubu, adından da göründüyü kimi sizin hər hansı bir işə olan həvəsinizlə bağlıdır. Yəni, işləmək istədiyiniz bir proqramda, işdə nə üçün işləmək istədiyinizi bildirən məktub formasıdır. Lakin burada etdiyiniz bəzi səhvlər, işlətdiyiniz ifadələr sizin imicinizə korporativ şirkət qarşısında mənfi təsir edə bilər. Yaxşı motivasiya məktubu, eyni zamanda sizin yaxşı dostunuzdur, çünki siz bütün məqsədinizi və hədəfinizi onunla bölüşürsünüz. Yəni müsahibədən əvvəl motivasiya məktubu sizin ümumi profilinizi şirkətə göstərir.
Motivasiya məktubu üçün ilk öncə özünüz haqqında hər şeyi öyrənin. Bəli zarafat etmirəm təkcə adı, soyadı yazmaqla motivasiya məktubu olmur, demək istədiyim hədəflərinizi, məqsədlərinizi müəyyənləşdirməyinizdir. Nədən ilham aldığınızı, boş vaxtlarınızda nə etdiyinizi uzun sözün qısası özünüzü nə dərəcədə tanıdığınızı motivasiya məktubunda qeyd etməlisiniz.
Əgər hər hansı bir proqrama qoşulmaq üçün motivasiya mətkubu göndərirsinizsə, niyə qoşulmaq istədiyiniz haqqında özünüzə motivasiya məktubunu yazmamışdan əvvəl sual verin. Bu suala cavab tapdıqdan sonra isə bu proqramın sizə nə verəcəyini və sizin onlara nə verəcəyini ayrı-ayrılıqda qeyd edin.
Yox, əgər hər hansı bir vakansiya üçün motivasiya mətkubu tələb ediblərsə, burda vəziyyət fərqlidir. Çünki, iş üçün motivasiya mətkubu yazarkən ilk olaraq məktubu göndərəcəyiniz şirkəti əməlli başlı araşdırmalısınız. Nələrdən xoşu gəldiyini, nələrdən gəlmədiyini müəyyənləşdirməlisiniz.
Özünüzün güclü və zəif tərəflərinizi motivasiya məktubu göndərəcəyiniz şəxsə göstərməlisiniz. Çalışın güclü tərəflərinizdən əlavə, zəif tərəflərinizi özünüz müəyən edin, çünki koprorativ şirkətlərin zəif tərəflərini aydın formada onlara göstərən insanlardan xoşu gəlir.
Əksər insanlar motivasiya mətkubunda özlərinin swot analizini edirlər. Bu əslində çox yaxşı bir addımdır. Çünki siz artıq məktubu göndərəcəyiniz şirkətə iki bacarığınızı göstərmiş olursunuz. Zəif tərəflərinizi göstərmək və swot analiz etmək bacarığınızı. Hətta siz həmin şirkətin swot analizini edərək özünüzünkü ilə müqayisə edib onlara məktubda bunu göstərsəz, çox əla bir addım atmış olacaqsınız.
Xəzər Aslanov
Motivasiya məktubu üçün ən vacib cəhətlərdən biri də onun dizaynıdır. Çalışın hazırladığınız məktub toy dəvətnaməsinə oxşamasın. Rənglərdən, cədvəllərdən, keyfiyyətli şəkillərdən istifadə edin. Çünki məktubu oxuyacaq şəxs həmin məktubda sizin nələri bacara bildiyinizi görməlidir və oxuduqca işlədilən qrafik vasitələrdən həzz almalıdır. Atalarımızın gözəl deyilmiş bir sözü var, “dostunu göstər sənə kim olduğunu deyim” , əslində sizin motivasiya məktubununun dizaynı məktubu göstərəcəyiniz şəxsə sizin kim olduğunu göstərməlidir.
Yazdıqlarımızı ümumiləşdirsək motivasiya məktubunda qeyd edilməli əsas məlumatla aşağıdakılar olmalıdır
ÖZÜNÜZ HAQQINDA
- Kimsiniz?
- Ailə durumunuz
- Təhsiliniz
- İş təcrübəniz
- Habbiləriniz
- Güclü və zəif tərəfləriniz
- Məqsədiniz , hədəfiniz
MÜRACİƏT ETDİYİNİZ YER HAQQINDA
- Gözləntiləriniz nələrdir?
- Necə bir təcrübə əldə etmək istərdiniz?
- Onlar sizdən nə gözləməlidir?
- Həmin şirkət haqqında gələcək məqsədləriniz nələrdir?
- Şirkətin fəaliyyətinə necə bir köməklik göstərə bilərsiniz?