Müəllif: Tamara Mustafayeva, Banco.az
Rəqəmsal dünyada doğulan Z nəsli, təəccüblüdür ki, brendləri real dünyada kəşf etməyə üstünlük verir.
Banco.az xəbər verir ki, illərdir hamı deyirdi ki, rəqəmsal dövr gəldi və ənənəvi reklam artıq öldü. Sosial media, influenserlər və alqoritmlər dünyasında afişalar, böyük reklam lövhələri və kinoteatr reklamları sanki köhnə dövrün yadigarı idi. Amma görünən odur ki, Z nəslinin planları başqadır.
Yeni araşdırmalar göstərir ki, ən rəqəmsal nəsil hesab olunan Z və Y nəsilləri markaları yenidən küçələrə və sinema zallarına qaytarır. Səbəb çox aydındır: insanlar artıq dijital reklam yorğunluğu yaşayır.
• Z nəslinin 89 faizi onlayn reklamlardan narahat olur
• Açıq hava reklamları bu narahatlıq kateqoriyasına cəmi 2 faiz düşür
• İstifadəçilərin 71 faizi markaları “real dünyada” kəşf etməyi daha çox sevir
Gənclər reklamın toxuna bilən, yaşana bilən olmasını istəyir. Yəni marka sadəcə ekranda yox, həyatın içində olmalıdır. Harris Poll-un məlumatına görə, fiziki təcrübə yaradan reklamlar daha etibarlı və yadda qalan hesab olunur.
Niyə əvvəlki reklam formatları yenidən yüksəlir?
Araşdırmalara əsasən üç səbəb var:
Diqqət: Kinoda və açıq havada reklam gördükdə diqqət bölünmür.
İnam: Sosial media reklamlarına gənclərin yalnız 19 faizi güvənir. Açıq hava reklamlarında güvən 49 faiz, sinemada isə 54 faizdir.
Davamlılıq: Kinoteatr reklamları telefon reklamlardan daha çox yadda qalır.
Önce küçədə gör, sonra internetdə axtar
Bu reklamlar sadəcə tanıdım yaratmır, hərəkətə keçirir:
• 18-34 yaş arasında olanların 66 faizi, billboard gördükdən sonra markanı internetdə araşdırır
• Z nəslinin 65 faizi markanın küçədəki reklamını sosial mediada paylaşır
“Spotify” və “Nike” kimi brendlərin son kampaniyaları da bunu təsdiqləyir. Afişa və kinoteatr inteqrasiyası onların rəqəmsal qarşılıqlı əlaqələrini ciddi şəkildə artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
