Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota”nın ilin birinci yarısında ümumi satışları 5 faiz artaraq rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, “Toyota Motor Corp.” 2025-ci ilin ilk yarısında dünya üzrə satışlarda tarixi zirvəyə çatıb. ABŞ bazarında müşahidə olunan güclü artım Çin və Yaponiyadakı zəif performansın mənfi təsirini kompensasiya edib.
Şirkətin açıqlamasına görə, “Toyota”nın “Daihatsu Motor Co.” və “Hino Motors Ltd.” daxil olmaqla qlobal satışları sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 949 min 153 ədədə yüksəlib. Ümumi istehsal isə 9 faiz artımla 1 milyon 36 min 106 avtomobilə çatıb.
Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota” Çində tələbin dəyişməsi və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin yaratdığı ticarət gərginliklərinə baxmayaraq, böyüməni davam etdirə bilib. Şirkət ilin ilk yeddi ayında ardıcıl olaraq həm istehsal, həm də satışda rekord göstəricilər qeydə alıb. Lakin avqust ayında həm satış, həm də istehsalda artım tempinin zəiflədiyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
