Hava nəqliyyatı ilə sərnişin daşımaları 2%-dək artıb | Banco.az

Hava nəqliyyatı ilə sərnişin daşımaları 2%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 104,9 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,5% çoxdur.

Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında 3 058,3 min sərnişin daşınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram