31 iyul 2017-cı il tarixində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununa və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”nauyğunlaşdırıldığı üçün, BFB-nin Üzvlük Komissiyasının qərarlı ilə birja üzvlüyü bərpa olunmuşdur.
Məlumat üçün bildiririk ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 09iyun 2017-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.
Hazırda BFB-nin“Xalq Kapital İnvestisiya Şirkəti” QSC də daxil olmaqla 7 üzvü var.
BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.