Uçot dərəcələri niyə dəyişir? | Banco.az

Uçot dərəcələri niyə dəyişir?

Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 

Baxmayaraq ki, kommersiya bankları ölkənin başlıca kreditorlarıdır və onlar biznes kompaniyalarına və fərdi şəxslərə müəyyən şərtlərlə borc verməklə məşğuldur, eyni zamanda onlar kredit üçün mərkəzi banka müraciət etdikdə həm də borcalan-banklara çevrilirlər.

Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrinin əksəriyyətinin qanunvericiliyinə əsasən, mərkəzi bankın inzibatı qaydada bu uçot dərəcəsini dəyişmək hüququ vardır. İqtisadi konyunkturada baş verən dəyişikliklərə reaksiya olaraq, mərkəzi bank uçot dərəcəsini həm azalda, həm də artıra müvafiq olaraq, pul təklifini də artırıb, azalda bilər.

  1. Uçot dərəcəsini aşağı saldıqda kommersiya bankları tərəfindən mərkəzi bankın pullarına olan tələbi artır, kommersiya bankları daha çox pul götürməyə çalışır ki, bunun sayəsində də onların maliyyə imkanları böyüyür.
  2. Uçot dərəcəsi qalxdıqda isə kommersiya banlarda əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Bazar iqtisadiyyatı praktikasında və nəzəriyyəsində mərkəzi bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi, uçot dərəcəsinin artırılması və azaldılması “bahalı” və “ucuz” pul siyasəti adlanır.

Azərbaycanda Uçot dərəcəsi

Qrafikdən də gördüyümüz kimi hal-hazırda Azərbaycan Mərkəzi Bankı bahalı pul siyasəti həyata keçirir, devalvasiyadan sonrakı qısa müddətdə Azərbaycanda uçot faiz dərəcəsi 2015-ci ildə 3,5%dən 3% endirilmiş, 2016-cı ildə isə bir neçə dəfə dəyişikliyə uğramış, 5%, 7%, 9,5% və nəhayət 15%-ə yüksəlmişdir.

“Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) mərkəzi bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir sıra kompaniyalar istehsalı azaldırlar. “Bahalı” pullar siyasəti həyata keçirməklə hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur.

Digər ölkələr, məsələn Avropa İttifaqı ölkələri bunu tam əksini edir. 

“Ucuz” pullar siyasəti (uçot dərəcəsi salınır) hökumət tərəfindən o təqdirdə keçirilir ki, istehsalın düşməsinin qarşısını almaq və müəssislərə dəstək olmaq tələb olunur, xüsusən də strukturlu yenidən qurma mərhələləri zamanı. Bunun nəticəsində isə iqtisadiyyatın pulla “doldurulması” baş verir ki, bu da inflyasiya ilə nəticələnə bilər. Buna görə də “ucuz” pullar siyasətini həm də “inflyasiya kreditləşmə siyasəti” də adlandırırlar.

Bununla yanaşı sizə maraqlı ola biləcək, bəzi ölkələrdəki faiz dərəcələrini diqqətinizə təqdim edirik.

Könül Soltanova, Banco.az