Bank BTB ASC 2016-ci ilin 4-cü kvartalı üzrə maliyyə hesabatlarını açıqlayıb | Banco.az

Bank BTB ASC 2016-ci ilin 4-cü kvartalı üzrə maliyyə hesabatlarını açıqlayıb

Bank BTB ASC –nin göstəriciləri əsas istiqamətləri üzrə müsbət dinamika nümayiş etdi. Belə ki,  31 dekabr 2016-ci il tarixinə bankın aktivləri 241508.22 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.43% çoxdur. 

Hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə 18 % artım olub. Kredit portfeli 32.4 % artaraq  143989.7  min manat təşkil edib. Bank BTB kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 288 min manat təşkil etmişdir. Bankın məcmu kapitalı kapital normalarına tam uyğun olaraq 53 407.8 min manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.