Azərbaycan Banklar Assosiasiyası dollar çatışmazlığının səbəblərindən danışdı | Banco.az

Azərbaycan Banklar Assosiasiyası dollar çatışmazlığının səbəblərindən danışdı

Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: “Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et