InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD cütlüyünün qiyməti keçən həftə ərzində 1.10$-a kimi bahalaşıb. Avropa iqtisadiyyatında canlanma və ABŞ-da prezident seçkiləri fonunda qeyri-müəyyənliklər, avronun dəyər qazanmasına, dolların isə qismən ucuzlaşmağa başlamasına təsir edib. Lakin InvestAZ analitiklərinin təhlillərinə görə, qiymət FED-in bu həftə açıqlanacaq faiz qərarına kimi 1.10 - 1.09$ aralığında ticarət oluna bilər. Faiz açıqlamasından sonra qiymətin istiqamətini müəyyənləşdirmək mümkün olacaqdır. Eyni zamanda cari həftə ərzində Avropa və Amerikanın istehsal və əmək bazar ilə bağlı önəmli statistik göstəricilər də yayımlanacaqdır.
GBP
GBP/USD cütlüyünün məzənnəsi keçən həftə ərzində gözlənildiyi kimi 1.2081$-a kimi ucuzlaşdıqdaın sonra yenidən 1.2271$-a kimi bahalaşıb. Funt/Dollar cütlüyünün qiymət qrafikinin təhlilləri onu göstərir ki, qiymət yenidən 1.2120$-a kimi ucuzlaşarsa, eniş dalğasını əlavə olaraq 1.2026$-a kimi də davam etdirə bilər. Böyük Britaniya Mərkəzi Bankının cümə axşamı monetar siasəti ilə bağlı verəcəyi açıqlama da dünya investorlarının diqqət mərkəzindədir.
TRY
Dolların Türk lirəsinə nisbətən qiyməti tarixi rekord səviyyəsini keçən həftə 1.1270TL ilə yeniləyib. InvestAZ analitiklərinin fikrincə, qiymət gələn həftə ərzində 1.1270TL-nin altında dalğalansa da, 1.1000TL-nin üzərində qaldıqca yenidən tarixi rekordunu 1.1445TL-də yeniləyə bilər.
OIL
Dünya birjalarında dolların keçən həftə ərzində qismən bahalaşması və ABŞ-da neft istehsalının artması qiymətlərin qismən ucuzlaşmasına səbəb olmuşdur. Lakin gələn həftə ərzində qiymətlərin ilkin növbədə 50.35$ və 51.00$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
GOLD
Cari həftə ərzində dolların ucuzlaşmağa başlaması, qızıla olan tələbatı yenidən artıra bilər. 1283$ (41.1$/qram) ətrafında ticarət olunan qızılın bir unsiya üzrə qiyməti 1292$ (41.4$/qram) və 1297$-a (41.6$/qram) kimi də bahalaşa bilər.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Mənbə: Apa.az