Banklarımız özlərini necə tanıdır? | Banco.az

Banklarımız özlərini necə tanıdır?

Sloqan və ya şüar bir adam və ya təşkilatın (firma, sektor, vəqf vs) marka dəyəri meydana gətirməsini təmin edən ən əhəmiyyətli ünsiyyət vasitəsidir. Yaxşı bir sloqan markanın missiya və vizyonu ilə əlaqələndirilmiş olmalı və markaya işarə etməlidir.

Şüar bir şirkətin məqsəd və hədəflərini ifadə edir. Qısaca, şüar markanın ilkin təsviridir və onun haqqında ilkin anlayış və fikir yaradır.

Sloqan markanın yadda qalan olması üçün də çox əhəmiyyətlidir. Eyni zamanda yaradılarkən ilkin hədəf sloqanın orjinal və təsiredici olmasıdır. Müvəffəqiyyətli markalar (bu bəzən fərd də ola bilər) keyfiyyətli sloqanlar ilə ön plana çıxmışlar. 

Hər bir şirkətin marka dəyərini ifadə edən bir şüarı vardır.

Bəs banklarımız özlərini hansı şüarla tanıdır və insanların gözündə hansı profildə olmaq istəyirlər?

Banco.az olaraq, sizlər üçün banklarımızın sloqanlarını müəyyən etdik. Tanış ola bilərsiniz.

Hansı sloqanın güvənverici, etibar hissi yaradan, həmçinin yadda qalan olduğuna özünüz qərar verin :)

 

AccessBank - Sizin Yerli Avropa Bankınız

         

AFB Bank - Hər kəs üçün eyni

          

AGBank - Zəngin olmaq haqqınızdır

        

Amrahbank - Sizə açıq və aydın bank

    

Azər Türk Bank - Etibar etdiyiniz ünvan

               

Bank Avrasiya - Avropa keyfiyyəti – Asiya ənənələri

               

Bank of Baku - Sizə yaxın bankçılıq

                      

Bank Respublika - Sizə faydalı

       

Expressbank - İşiniz rahat getsin

                      

NBC Bank - Hər zaman yanınızda!

Paşa Bank - Zirvələrə doğru. Birlikdə.

Rabitəbank - Orta və Kiçik Biznesin tərəfdaşı

Turanbank - Bizimlə etibarlıdır

Unibank - Hər kəsin bankı

Xalq Bank - Uğurla birlikdəyik!

ASB Bank - Bir bankdan daha üstün..

Atabank - Bir Addım Öndə

Bank BTB - Arzulara Yaxın Ol

Beynəlxalq Bank - Uğuruna imza at!

Kapital Bank - Birinci bank

Nikoil Bank - Fərqli istəklərin həlli

VTB Bank Azərbaycan - Sərhədsiz dünya

Yapı Kredi Bank Azərbaycan - Xidmətdə Sərhəd Yoxdur!

Ən sərfəli kredit üçün müraciət et