Sloqan necə olmalıdır? | Banco.az

Sloqan necə olmalıdır?

Sloqan nədir?

Sloqan və ya şüar bir adam və ya təşkilatın (firma, sektor, vəqf vs) marka dəyəri meydana gətirməsini təmin edən ən əhəmiyyətli ünsiyyət vasitəsidir. Yaxşı bir sloqan markanın missiya və vizyonu ilə əlaqələndirilmiş olmalı və markaya işarə etməlidir.

Sloqan markanın yadda qalan olması üçün də çox əhəmiyyətlidir. Eyni zamanda yaradılarkən ilkin hədəf sloqanın orjinal və təsiredici olmasıdır. Müvəffəqiyyətli markalar (bu bəzən fərd də ola bilər) keyfiyyətli sloqanlar ilə ön plana çıxmışlar.

Marka dəyərini artıran və rəqiblər arasında fərq yaratmağı bacaran sloqan necə olmalıdır?

Yaxşı və uğurlu sloqan özündə aşağıdakı xüsusiyyətləri əks etdirməlidir:

Orjinal: Sloqan siravi olmayan bir cümlə olmalıdır. Məsələn bir çox market "alış-verişin etibarlı ünvanı" şüarını istifadə edir. Bu şüar müvəffəqiyyətlidir, lakin hər kəs tərəfindən istifadə edildiyi üçün müştərilər üçün xüsusi məna ifadə etməyəcəkdir. Digər tərəfdən daha orjinal şüara baxaq: "Alış-verişin əyləncəli ünvanı"

Qalıcı: Sloqan davamlılıq kəsb etməlidir. Buna görə markanı ən yaxşı təmsil edəcək cümləni tapmaq və qalıcı olmasını hədəfləmək lazımdır. Məsələn Apple-ın "Fərqli düşün" şüarı bu mövzuda ən ideal şüarlardandır.

Yadda qalan: Tələffüzü çətin cümlələrdən uzaq durmaq lazımdır. Tək oxunuşda ağılda qala biləcək sadə bir şüar davamlı xatırlanmanı və yadda qalmanı təmin edəcəkdir. Məsələn Turkcell'in "Hayat Paylaşınca Güzel" şüarı sadə quruluşu sayəsində hər kəsin yaddaşına həkk vəziyyətdədir.

Ən sərfəli kredit üçün müraciət et

Qısa: Bir - dörd (1-4) sözdən ibarət şüarlar ən təsirli şüarlardır. Ağılda qalması cəhətdən də əhəmiyyətlidir. Xüsusilə bu qaydaya uyğun gələn bir çox müvəffəqiyyətli firma və nümunə mövcuddur. Pirelli: “Nəzarətsiz güc, güc deyil”, HSBC: “Dünyanın yerli bankı”, Bosch: “Öncə güvən” və s şüarlar qısa şüarın müvəffəqiyyətinə nümunədir.

İddialı: Diqqəti üzərinə çəkməsi üçün iddialı olması da əhəmiyyətlidir. Rəqabətin kəskin olduğu bazarda iddialı məhsul sloqanı üstünlük səbəbi ola bilər. Məsələn Audinin "Texnologiya ilə bir addım öndə" şüarı iddialı və müvəffəqiyyətli bir şüardır.

Həqiqi: Həyata keçməsi qeyri-mümkün vədlər olan şüarlar heç də yaxşı nəticə vermir. Firmanın etdiklərinə və edə biləcəklərinə uyğun şüar seçimi müvəffəqiyyətli şüar yaratmaq adına əhəmiyyətli bir faktordur.

Bir təşkilatın birdən çox şüarı ola bilərmi?

Bir təşkilatın qısacası markanın birdən çox şüarı da ola bilər. Marka adına bir şüar, marka altında buraxılan məhsullar üçün də başqa bir şüar təyin oluna bilər. Bu mövzuda ən müvəffəqiyyətli olan təşkilatlardan biri “Unibank”-dır. Bankın öz sloqanı “Hər kəsin bankı”, öz məhsulu olan Albalı PLUS plastik kartlarının sloqanı isə “Arzularını reallaşdıran kart”-dır.