Şəxsi Brending | Banco.az

Şəxsi Brending

Müəllif: Cavid Abasov

Düşünürəm tez bir zamanda nəaliyyət əldə etmək istəyiriksə öz bilik və bacarıqlarımızı satmağı bacarmalıyıq. Hər bir sektorda bu önəmli xüsusiyyətlərdən biridir. Bu yazını çoxdan yazmağı düşünürdüm. Son zamanlar ətrafımda və sosial şəbəkələrdə iş tapa bilməməkdən dad eliyən və əsas problem olan nə iş olsa edərəm fikrindən çəkinməyən insanlar daha da çoxalıb.

Hər bir insan bir markadır. Bunu dəfələrlə qeyd etmişəm yazılarda. Əgər markanızın qiymətli olmasını istəyirsinizsə bir məhsul üçün edilən brending fəaliyyətini gərək siz özünüzə də edəsiniz. Bir məhsulun dəyəri onun keyfiyyətli və digərlərindən yaxşı mənada fərqlənmə xüsusiyyətlərindədir. Ancaq bir məhsul, bir layihə, bir ideya nə qədər  keyfiyyətli və fərli olsa da onun satışı və loru dildə desək təbliğatı düzgün getmirsə o məhsul, layihə və ideya qısa zamanda puç olub gedəcək. İnsanlarda da mexanizasiya bu prinsiblə işləyir.

Əlbəttə ki, uğurun qısa yada uzun zamanda gəlməsi nəzəri biliklərimizə,ətrafımızdakı insanlara və özümüzü nə qədər düzgün şəkildə PR edə bilyimizlə bağlıdır. Bəs necə edək ki, qısa zamanda həm özümüzün düzgün şəkildə PR-ını apara bilək həm də heç bir zaman işsizlikdən əziyyət çəkməyək.

Ən sərfəli kredit üçün müraciət et

1. Bunun üçün düzgün şəkildə şəxsi PR olmalıdır. Bu mövzu ilə bağlı mənim Şəxsi PR yazıma göz gəzdirə bilərsiniz. Şəxsi PR

2. Səlis danışıq qabiliyyətini və düşüncəni rahat şəkildə izah etmək qabiliyyərini formalaşdırmaq lazımdır.

3. Ətraf çevrəni öz  hədəf doğrultumuzda genişləndirmək.

4. Vaxtdan düzgün istifadə.

5. Hobbi seçərkən onu elə seçmək lazımdır ki, həqiqətən gələcəkdə yararlı olsun.

Bu  yola çıxaraq hobbilərdən və səlis danışıqdan istifadə edərək topladığımız ətraf çevrəyə özümüzün şəxsi PR-mızı tətbiq etməliyik. Yalnız bu yolla qısa zamanda böyük nəaliyyətlər əldə etmək olacaqdır.