"Moody's": Azərbaycanın qonşu ölkələrdən sonra üzən məzənnə rejiminə keçməsi doğru qərar idi - MÜSAHİBƏ | Banco.az

"Moody's": Azərbaycanın qonşu ölkələrdən sonra üzən məzənnə rejiminə keçməsi doğru qərar idi - MÜSAHİBƏ

Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, “Moody's” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukovanın müsahibəsini təqdim edir.

Bank sektorundakı vəziyyətə bir qədər əvvəl ötəri toxundunuz. Bu çətin durumdan çıxış yolunu nədə görürsünüz?

- Bəzi banklar manatın devalvasiyasından sonra kapital adekvatlığı ilə bağlı tələbi pozub. Bizim hesablamalarımıza görə, bu göstərici 2015-ci ilin fevral ayının 1-i ilə müqayisədə ümumi sektor üzrə 5-6% aşağı düşüb. Lakin, Mərkəzi Bank bu məsələdə banklara yardım əlini uzatdı.

Biz bank sektorunda konsolidasiya prosesinin sürətlənməsini gözləyirik.

Ümumilikdə, bizim 2016-cı ildə Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativdir. Bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək, bu isə bankların gəlirlərinə və kapitalına mənfi təsir edəcək. Milli valyutaya etibarın itməsi səbəbindən xarici valyutaya konvertasiya olunan depozitlərin həcmi artacaq və ya sistemdən kənara çıxacaq. Xarici valyutada olan aktivlər və passivlər arasında disbalans böyüyəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bir çox banklar manatla olan resurs bazasının çatışmazlığından, xarici valyutada kreditləşmənin riskini öz üzərinə götürmək istəməməsi, kapitallaşma göstəricilərini qorumaq səbəbindən kredit portfelinin ixtisara salınmasını üstün tutacaq.

- Son proseslər ölkənin suveren reytinqinə necə təsir edə bilər?

- Açığı, bu sual bu sahənin analitiklərinə aiddir. Hazırda Azərbaycanın suveren reytinqi “Baa3” səviyyəsindədir, proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir.

- Manatın məzənnəsi ilə bağlı müxtəlif proqnozlar səslənməkdədir. Bu söz-söhbətlər bir çox spekulyantlar üçün göydəndüşmə olur. Yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı bir proqnozunuz varmı?

- Manatın məzənnəsi əsasən neftin qiymətinə bağlıdır və bununla bağlı proqnoz vermək çətindir. Hər şeyi neft qiymətlərinin dinamikası göstərəcək.

"Bu qərar bank sektoruna neqativ təsir edəcək"