Banco.az olaraq, bu həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik. Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.
1. "Amrahbank"ın rəhbərliyində dəyişiklik baş verib
Beynəlxalq Bankın ləğv olunan departamentinin direktoru "Amrahbank"ın rəhbərliyinə gətirilib.
2. Ən yaxşı 5 avtomobil krediti
Banco.az Sizə Avtomobil kreditləri üzrə 5 ən sərfəli təklifi təqdim edir.
3. Banco.az öz maskotunu təqdim etdi
Banco.az Azərbaycan xəbər və maliyyə portalları arasında ilk dəfə olaraq, öz maskotunu təqdim etdi. Portalın maskotu BancoMan adlanacaq.
4. Bankların onlayn konsultanları işə yarayırmı?
Araşdırmamız sizə hansı bankda onlayın məsləhət xidmətinin aktiv olması ilə yanaşı, həm də ünsiyyətə başlamaq üçün özünü təqdim etməyə ehtiyac olub-olmadığını aydınlaşdırmağa icazə verəcək.
5. Banco.az portalı "Valyuta.Az" saytını aldı
Banco.az maliyyə portalının rəhbərliyi yeni yaranmış, lakin perspektivli təsir bağışlayan Valyuta.Az saytını alıb. Bu haqda Banco.az portalının rəhbərliyi məlumat yayıb.