Beynəlxalq Bankın ləğv olunan departamentinin direktoru "Amrahbank"ın rəhbərliyinə gətirilib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.
Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.
Bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.