Banco.az portalı "Valyuta.Az" saytını aldı | Banco.az

Banco.az portalı "Valyuta.Az" saytını aldı

Banco.az maliyyə portalının rəhbərliyi yeni yaranmış, lakin perspektivli təsir bağışlayan Valyuta.Az saytını alıb.  Bu haqda Banco.az portalının rəhbərliyi məlumat yayıb.

Banco.az portalının direktoru Fərid İslamov bildirib ki, “Valyuta.Az” saytının alınması onlara ölkədə baş verən iqtisadi və biznes xəbərlərini daha geniş aspektdə işıqlandırmaq imkanı verəcək.

“Bundan sonra da Banco.az öz əsas prioritet istiqaməti olan Bank və maliyyə sahəsi üzrə ixtisaslaşmağa davam edəcək. Biz digər portallardan fərqli olaraq, ümumi xəbər saytına çevrilməyi düşünmürük. Valyuta.Az isə bizə ölkədə və ölkə xaricində baş verən əsas iqtisadi hadisələri, o cümlədən texnoloji yenilikləri, aqro-təsərrüfat sahəsində nailiyyətləri, əsas iqtisadi trendləri daha geniş formatda əhatə etmək imkanı verəcək. Düşünürük ki, bununla sözügedən sektorda rəqabəti bir az da artırmş olacağıq”. – Banco.az portalının direktoru Fərid İslamov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Valyuta.Az cari ilin avqust ayında fəaliyyət göstərməyə başlayıb və oxuculara əsasən gündəlik iqtisadi (bank-maliyyə, biznes-istehsal, aqro-təsərrüfat, dünya-texnologiya) mövzulu materiallar (xəbər, araşdırma, şərhlər) təqdim edib.

Banco.az portalı isə artıq iki ildən çoxdur ki, müştərilərə bank və maliyyə məlumatları sahəsində xidmət göstərir.