Bankların onlayn konsultanları işə yarayırmı? | Banco.az

Bankların onlayn konsultanları işə yarayırmı?

Onlayn məsləhət  - sual, problem, şikayətlərinizlə bağlı fikirlərinizi yönəldə biləcəyiniz bir sistemdir. Bu bankın məhsul və xidmətləri haqqında ümumi məlumat ala biləcəyiniz bir xidmət kanalıdır.  Bunu bir növ canlı dəstək kimi də qəbul eləmək olar. Bank nümayəndəsi sizi dinləyir (müraciətinizi oxuyur) və sizə doğru olan məlumatı çatdırır. Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz, yerinizi dəyişmirsiniz və növbə üçün gözləməli olmursunuz (bəzən isə olursunuz). 

Bəzən onlayn müraciətlər zamanı da hazırda heç bir operatorun sərbəst olmadığı deyilir və müraciətinizin cavablanması üçün bir az gözləməyiniz xahiş olunur. Lakin call-center xidməti ilə müqayisədə bu müddət daha az olur.

Onlayn məsləhətdən yararlanmaq üçün, Siz sadəcə bankın saytında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz. Bəzi hallarda bu cür rəsmiyyət sizdən tələb olunmur. Müştərilər bunu vaxt itkisi hesab edir. Siz sayta daxil olaraq, dərhal online çatı aktivləşdirib, bank əməkdaşı ilə özünüzü təqdim etmədən ünsiyyət yarada bilirsiniz. 

Aşağıdakı cədvəlimiz, sizə hansı bankda onlayın məsləhət xidmətinin aktiv olması ilə yanaşı, həm də ünsiyyətə başlamaq üçün özünü təqdim etməyə ehtiyac olub-olmadığını aydınlaşdırmağa icazə verəcək.

Bank

 Xidmətin adı

Müraciət üçüb tələb olunur

Əlavə xidmət

AGBank

Onlayn müraciətlərin forması (yazılı müraciət)

Ad və Soyad, email

 

ASB Bank

Onlayn məsləhət xidməti

Ad və Email

 

Atra Bank

Onlayn məsləhətçi

Ad və email

 

Azər-Türk Bank

Onlayn məsləhətçi

Hazırlanmaq üzrədir

 

Bank BTB

Onlayn Konsultant

Ad və Soyad, email

 

Bank of Baku

Bizə yazın, biz xətdəyik

Ad və Soyad, email

Sizə zəng edək?

Bank Respublika

Onlayn konsultasiya

Heç bir məlumat tələb olunmur

Zəng sifarişi

Bank Standard

Onlayn məsləhətçi

Heç bir məlumat tələb olunmur 

Sizə zəng edək 

Bank Technique

Online Bank Technique

 Ad və Email

 

Beynəlxalq Bank

Online məsləhət

Heç bir məlumat tələb olunmur

Randevü Xidməti Filialda görüşünüzü əvvəlcədən təyin edin

Dəmirbank

Onlayn Məlumat xidmətləri

İstifadəçi adı və elekton poçt

Skype (Bizə zəng et)

Kapital Bank

Sualınız Var?

Onlayn məsləhətçi

 Ad, soyad və email

 

Kredo Bank

Bizimlə əlaqə (yazılı müraciət)

Ad, soyad və email

 

NBC Bank

Onlayn konsultasiya

  Heç bir məlumat tələb olunmur

 

Nikoil Bank

Onlayn çat

 Heç bir məlumat tələb olunmur

 

ParaBank

ONLİNE KONSULTANT

Bu forma üzərində işlər gedir

 

Rabitəbank

Onlayn məsləhətçi

 Heç bir məlumat tələb olunmur

Zəng sifarişi

Turanbank

Onlayn konsultasiya

 Heç bir məlumat tələb olunmur

Skype

Unibank

Onlayn kunsultasiya

 Ad və email

 

VTB Bank

 

 

Sual vermək

Zəng sifariş etmək

Elektron müraciət

Xalq Bank

Onlayn məsləhətçi

Heç bir məlumat tələb olunmur

 Sizə zəng edək?

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma zamanı aşağıda adları çəkilən bankların saytlarına da nəzər saldıq, lakin sözü keçən xidmət onlarda aktiv deyil.

AccessBank, AFB Bank, AmrahBank, AtaBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank Silk Vey, DekaBank, ExpressBank, GunayBank, GəncəBank, MuganBank, NaxçıvanBank, Qafqaz İnkişaf Bankı, Pasha Bank, ZaminBank, Yapı Kredi Bank Azərbaycan, United Credit Bank. 

Onlayn konsultanlar bankla bağlı bir çox xidməti həyata keçirməyə imkan verir, suallarınızı cavablandırır, lakin bəzən onların səlahiyyətləri, Call center əməkdaşları ilə müqayisədə daha məhdudlaşmış olur. Amma təcrübə göstərir ki, onlayn konsultantlar sizin suallarınızı daha tez cavablandırır, vaxt itkisi az olur, çünki Müştəri xidmətləri mərkəzinə zəng etdikdə yönləndirmə və ya gözləmə müdddəti daha çox davam edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et