Banco.az olaraq, bu həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik. Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.
1. Rabitəbank kütləvi vakansiya elan edir
Rabitəbank bu dəfə əsasən Kredit Departamenti üçün işçilər axtarır.
Bankın demək olar ki, bütün region filiallarında yeni işçilərə ehtiyac var. Həmçinin bir neçə filialda rəhbər işçi postları yeni sahiblərini gözləyir.
2. Rotasiya və onun bank sistemində əhəmiyyəti
Təbii ki, çoxlarımız rotasiya sözünün mənasını, əhəmiyyətini anlayır, amma tətbiq etmirik. Elə buna görə də rotasiyanın daha dərindən öyrənilməsinə ehtiyacın olduğuna inanıb bu qısa məqaləni yazmaq qərarına gəldim.
3. "Bank of Baku"da kadr dəyişikliyi olub
"Bank of Baku" ASC-də kadr dəyişikliyi baş verib.
4. Unibank ehtiyat məlumat mərkəzi yaratdı
Unibank müştəri məlumatlarının qorunmasına yönəlmiş növbəti investisya layihəsini başa çatdırdı.
Gəlin, private banking-in nə olduğunu araşdıraq.
Private Banking – banklar tərəfindən VİP müştərilərə təklif edilən maliyyə və qeyri maliyyə xidmətlərinin məcmusudur və özündə fərdi, individual xidmət sistemini əhatə edir. Əsasən banklarda ayrıca biznes istiqaməti kimi inkişaf etdirilir.