Unibank ehtiyat məlumat mərkəzi yaratdı | Banco.az

Unibank ehtiyat məlumat mərkəzi yaratdı

Unibank müştəri məlumatlarının qorunmasına  yönəlmiş növbəti investisya layihəsini başa çatdırdı.

Unibank beynəlxalq standartlara cavab verən  ehtiyyat məlumat mərkəzini istifadəyə verdi. Unibank-ın İnfrastruktur və texniki dəstək departamentinin rəhbəri Fərid Məmmədzadə bildirib ki,  bu ehtiyat məlumat mərkəzinin yaradılması həm bank, həm də müştərilər üçün böyük əhəmiyyət malikdir: “Yeni və təkmilləşdirilmiş ehtiyat məlumat mərkəzi,  məlumatların təhlükəsizliyini və aktuallığını qorumaq kimi vacib missiya daşıyır. Əgər əsas məlumat mərkəzində hər hansı bir fövqəladə hadisə baş verərsə,  bu halda belə bank müştərilərinə xidmət göstərməkdə davam edəcək.  Çünki yeni mərkəz  məlumatların və xarici kommunikasiyaların ən qısa müddətdə bərpa  edilməsini tam təmin  edir. Bu layihə sayəsində müştəri məlumatları  itirilməkdən tamamilə mühafizə olunur. Yeni mərkəzin məsafə baxımından da əsas mərkəzdən uzaqda yerləşməsi məlumatların qorunub saxlanmasını təmin edir.”

Qeyd edək ki, Mingəçevir şəhərində yerləşən yeni ehtiyat mərkəzinin yaradılmasına  2015-ci ilin aprel ayında başlanılıb və layihəyə 350. 000 AZN investisiya yatırılıb. Ehtiyat məlumat mərkəzi yeni avadanlıqlarla təhciz edilib. Yeni məlumat mərkəzi əsas mərkəzdən  270 km məsafədə yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

Unibank hazırda geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et