Azərbaycanın sığorta bazarı 10,4% artıb | Banco.az

Azərbaycanın sığorta bazarı 10,4% artıb

Banco.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 312,84 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.

8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 116,16 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-avqust aylarında 36,6 manat olub.