Nikoil Bank Pin change xidmətinin tətbiqinə başlayıb | Banco.az

Nikoil Bank Pin change xidmətinin tətbiqinə başlayıb

Plastik kartlarla bağlı bütün təhlükəsizlik qaydalarında deyilir ki, kartın PİN kodunu kartın üzərinə yazmayın və ya onu üzərinizdə yazılı şəkildə gəzdirməyin. Yaxşı olar ki, kartların kodunu yaddaşda əzbər saxlayasınız. Bəs, əgər sizin bir yox bir neçə kartınız varsa, bütün bu kodları yadda saxlamaq mümkünmüdür?

Həm də nəzərə alın ki, hər hansı bir kartın kodunu üç dəfə yanlış yığdıqda, kart avtomatik olaraq bloka düşür və onun blokunun açılması da sizin üçün əlavə bir vaxt itkisidir. Kartınızın kodu yalnız sizə məlum olur. Ona görə də kodu müvəqqətini unutsanız da, tamamı ilə itirmək və ya yaddan çıxarmaq heç bir halda tövsiyə olunmur.

“PİN Change” xidməti bir neçə plastik kart sahibi olan müştərilərə öz standart PİN kodlarını yeni və daha yadda qalan kodla əvəzləmək imkanı verir.

Belə ki, kart dəyişdirildikdə və ya eyni adam bir neçə kartın sahibi olduğu halda bütün PİN-kodları yadda saxlamaq çətinlik yaradır. “PİN Change” xidməti məhz belə kateqoriya müştərilər üçün nəzərdə tutulub. Bu xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etmək imkanı verir.

Kartın  Pin kodu əsasən bankomat vasitəsi ilə dəyişdirilir. Lakin bəzi banklarda onu internet bankinq vasitəsi ilə də gerçəkləşdirmək mümkündür.

Nikoil Bank bankomatlarında PİN Code-u aşağıdakı kimi dəyişmək olar.

PIN kodunun dəyişmə qaydası:

  • PIN-i yalnız ATM-də dəyişmək olar
  • Yeni PIN kodu 4 rəqəmdən ibarət olmalıdır
  • PIN kodunu dəyişmək imkanı məhdudiyyətsizdir. 
  • PIN kodunu dəyişmək imkanı məhdudiyyətsizdir

Pin kodu aşağıdakı proseduru ardıcıllıqla həyata keçirməklə dəyişmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

  1. Bankomatın menyusunda müştəri “XİDMƏTLƏR” seçir
  2. ”XİDMƏTLƏR” menyusunda müştəri «PIN Change» seçir
  3. Çıxan pəncərədə müştəri öz yeni PIN kodunu daxil edir
  4. Növbəti pəncərədə müştəri öz yeni PIN kodunu təsdiq edir
  5. Əgər müştəri yeni PIN kodunu yanlış təsdiq edirsə, ekranda aşağıdakı səhv çıxır: “PİN nömrəsi səhv yığılıb”
  6. Belə halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməlidir və yeni PIN    kodunu iki dəfə yığmalıdır

Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün plastik kartlarınıza bir cür PIN kodunu seçmək məsləhət görülmür. 

Xidmət haqqı 2 AZN-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et