İqtisadçı Tyler Cowen: "ABŞ iqtisadiyyatı hələ bir neçə il axsayacaq." | Banco.az

İqtisadçı Tyler Cowen: "ABŞ iqtisadiyyatı hələ bir neçə il axsayacaq."

İqtisadçı New York Timesa verdiyi müsahibədə qeyd edib ki, "İqtisadi inkşafın sürəti və istiqaməti gözləntiləri doğrultmur və biz bir müddət buna öyrəşməliyik". 

O həmçinin, əlavə edib ki, "Hazırda iqtisadiyyatın taleyi ilə bağlı iki optimist fikir dolaşır. Bunlardan birincisinə görə əmək haqqının aşağı düşməsi və aşağı faiz dərəcəsi tezliklə bitəcək. Həmçinin, maliyyə böhranının nəvaxta kimi davam edəcəyi ilə bağlı heç kəs dəqiq fikir bildirə bilməz". 

Tylerin fikrincə heç də bu optimist rəylərə aldanmaq lazım deyil. Çünki, bu cansıxıcı vəziyyət çox asanlıqla uzunmüddətli böhrana çevrilə bilər. "Maliyyə böhranının kəskin və radikal dəyişməsi, disfunksionallığa və çöküşə yol aça bilər". O, belə bir ifadə işlədib: "Ola bilsin ki, biz "Great Reset" dövrünü ("Böyük Yenidənqurma") yaşayırıq". Qeyd edək ki, bu ifadə Toronto Universitetinin professoru Richard Floridaya məxsusdur, o, öz kitabını belə adlandırıb. 

Ən sərfəli kredit üçün müraciət et