Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.
Banco.az saytı olaraq 2015-ci ilin mart ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.
Banco.az Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin fevral ayı ilə müqayisədə ATM-lərin sayı 11 ədəd artaraq, 2633-ə çatıb. Bu bankomatlardan 1481-ii Bakının, 1152-si isə regionların payına düşür.
Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 4 ədəd artım olub. Regionlarda isə 7 ədəd yeni bankomat istifadəyə verilib.
ATM-lərlə müqayisədə, POS terminalların sayındakı artım daha nəzərəçarpan olub. Belə ki, 2015-ci ilin ikinci ayı ilə müqayisədə onların sayı 0.77% artaraq 77631-ə çatıb ki, bunun da 76219-u pərakəndə ticarət mərkəzlərinin payına düşür. Mart ayı ərzində ölkə ərazisində 590 ədəd yeni POS terminal quraşdırılıb. Bakıdakı POS terminalların sayı isə 158 ədəd azalıb.
Regionlarda POS terminalların sayı kifayət qədər artaraq 26654-dən 27402 –yə yüksəlib.